Ölkəmizin 2003-2023-cü illəri əhatə edən 20 illik tarixi Ulu Öndər, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin xalqa müraciətində özünün davamçısı, həyata keçirə bilmədiklərini həyata keçirəcək varisini – İlham Əliyevi təqdim etdiyi gündən başladı. 2003-cü ilin 15 oktyabrında prezident seçilmiş İlham Əliyev ilk çıxışında Ulu Öndərin siyasi xəttinə sadiq olacağını, ölkənin hərtərəfli inkişafı və qüdrətlənməsinə, sosial problemlərin həllinə istiqamətlənmiş proqramını bəyan etdi. “Mən hər bir azərbaycanlının prezidenti olacağam” deyən İlham Əliyev milli birliyimizin daha da möhkəmlənməsinin əsasını qoydu. Tarix baxımdan böyük olmayan bu dövr ərzində ölkəmiz misilsiz inkişaf yolu keçdi.
Bu fikirləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru memarlıq doktoru, professor Gülçöhrə Məmmədova bildirib. Onun sözlərinə görə, həyata keçirilən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı 3.6 dəfə artdı, şaxələndi və neft amilindən asılılığı azaldı. Enerji sektorunda böyük layihələr uğurla həyata keçirildi. Bir milyon qaçqın və məcburi köçkünü olan bir ölkənin dövlət siyasətinin mərkəzində həmişə vətəndaş dayandı. Sosial problemlərin həllinə, təhsilin, səhiyyənin inkişafına böyük diqqət yetirildi. Ordu quruculuğunda zamanın tələbinə uyğun tədbirlər görüldü. Ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi üçün müasir, yüksək intellektə və liderlik keyfiyyətlərinə malik İlham Əliyev şəxsiyyəti çox böyük rol oynadı. Beynəlxalq aləmdə xalqını, ölkəsini təmsil edən Prezident İlham Əliyev özünün xarizması, alicənablığı və diplomatik məharəti ilə Azərbaycanın nüfuzunu qaldırdı, tanınan və seçilən ölkələrdən etdi.
O qeyd edib ki, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına rəhbərlik etməsi Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkənin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsini təsdiq edən faktlar oldu. Bu illər ərzində qarşıya qoyulan ən böyük hədəf Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, müvəqqəti itirdiyimiz torpaqların qaytarılması idi. Ulu Öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin inamla, iradə ilə, müdrikliklə həyata keçirdiyi ölkənin hərtərəfli inkişafına və qüdrətlənməsinə yönəlmiş gərgin fəaliyyət işğal altında olan torpaqlarımızın azad edilməsinə imkan yaratdı. 44 günlük Vətən müharibəsi xalqımızın möhkəm birliyini, ordumuzun gücünü və rəşadətini, əsgərlərimizin qəhrəmanlığını, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətçi, qətiyyətli, dəmir iradəli Lider olduğunu bütün dünyaya göstərdi. Lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenliyinin bərpa edilməsi 20 il ərzində böyük zəhmətlə, gərgin fəaliyyətlə həyata keçirilmiş siyasətin parlaq nəticəsi oldu.
“2003-cü ildən sonra ötən illər Azərbaycanın ali təhsil tarixində də böyük iz qoydu. Təhsil həmişə Prezident İlham Əliyevin siyasətində strateji istiqamət olub. Bu illər ərzində ölkəmizdə ali təhsilin yenilənməsi və modernləşməsini təmin edən bir sıra çox vacib dövlət qərarları və sənədləri qəbul edilib. Ciddi islahatların başlanmasını Azərbaycanın Bolonya prosesinə qoşulduğu 2005-ci ilə aid etmək olar. Sonrakı dövrdə ali təhsilin yeni sisteminin formalaşması, Avropa təhsil mühitinə inteqrasiyası, müasir tələblərə uyğun kadr hazırlığına istiqamətlənmiş dövlət proqramları qəbul edilib. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilini təmin edən dövlət proqramlarını xüsusilə qeyd etmək lazımdır. Onların nəticəsində dünya standartları səviyyəsində təhsil almış və bu gün ölkədə yeniləşmə prosesinə töhfə verən gənc, müasir mütəxəssislər nəsli yetişdi. 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” universitetləri beynəlxalq əlaqələrin möhkəmlənməsinə, qabaqcıl ali təhsil təcrübəsinə yiyələnməyə, ali məktəblərin reytinqinin yüksəlməsinə istiqamətləndirdi. Bu fəaliyyətin nəticəsi olaraq, ölkəmizin universitetləri inkişafa və beynəlxalq inteqrasiyaya doğru böyük addım atdı və son illərdə dünyanın əsas reytinq bazalarına daxil oldular”, - deyə rektor əlavə edib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin son 20 ildə ciddi inkişaf yolu keçdiyini deyən rektor bildirib ki, bu illər ərzində universitet həm mütəxəssis hazırlığını, həm də idarəetmə strukturlarını müasir tələblərə uğun yeniləyib. Bakalavriatura və magistratura pillələrində bütün ixtisas və ixtisaslaşmaların hazırlıq proqramları modernləşdirilib. Beynəlxalq əlaqələrin genişlənməsi və effektli istifadəsi təhsilin metodikasına və məzmununa bir çox yeniliklərin daxil edilməsini, ikili diplom proqramlarının həyata keçirilməsini, ayrı-ayrı ixtisasların beynəlxalq akkreditasiyasını mümkün edib. Bu gün universitetimiz tələbələrinə bakalavriat pilləsində 4 və magistratura pilləsində 4 ikili diplom proqramı üzrə təhsil almaq imkanını verir. Memarlıq ixtisası Britaniya Kral Memarlar İnstitutunun (RIBA), xarici vətəndaşlar üçün hazırlıq fakültəsi Böyük Britaniyanın Lester Universitetinin akkreditasiyasını qazanıb. Hazırda daha 3 ixtisasın beynəlxalq akkreditasiya prosesi başlanıb. Bu illər ərzində elektron universitet qurulub, informasiya texnologiyaları tədris və idarəetmə prosesinə uğurla tətbiq edilir. Bunların nəticəsi olaraq, mütəxəssis hazırlığının keyfiyyəti yüksəlib və məzunlar işə götürülənlər tərəfindən daha yüksək qiymət alırlar. Məzunlarımızın bir hissəsi bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında çalışır, yollar çəkir, şəhərlər və evlər tikir, dağıdılmış abidələri bərpa edirlər. Bunlar hamısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 ildə ölkəmizin iqtisadiyyatını və sosial həyatını xarakterizə edən böyük yüksəlişin nəticəsidir.
Dövlətimizin başçısının universitetə diqqət və qayğısından bəhs edən G.Məmmədova deyib ki, 2010-2011-ci illərdə Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına AzMİU-nun 13 mərtəbəli tədris binası əsaslı təmir edilib, sonrakı illərdə dövlət büdcəsindən ayrılan vəsait hesabına layihə müəllifi görkəmli memar Mikayıl Useynov olan memarlıq fakültəsinin binası təmir edilib. Prezidentin dəstəyilə 2019-cu ildə universitetdə İtaliya-Azərbaycan Dizayn Mərkəzinin yaradılması, İtaliya dizayn məktəbləri və mərkəzləri ilə əlaqələrin genişlənməsinə və dizayn təhsilinin modernləşməsinə şərait yaratdı. İyirmi il ərzində universitetin maddi-texniki bazası tamamilə yenilənib: təhsil üçün əlverişli, rahat mühit yaradılıb, çoxsaylı müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar açılıb.
“Azərbaycanda uğurla həyata keçirilən İlham Əliyev siyasi kursu, 20 il ərzində əldə edilən misilsiz inkişaf, Vətən müharibəsində möhtəşəm Qələbəmizin yaratdığı ruh yüksəkliyi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi gələcəyə böyük inam və əminliklə baxmağa imkan verir. Ölkədə quruculuq işlərinin vüsət alması, Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işlərinin böyük miqyası memarlar, inşaatçılar, nəqliyyatçılar, hidrotexniklər və bir çox başqa ixtisaslar üzrə kadr hazırlayan Memarlıq və İnşaat Universitetinin qarşısında böyük vəzifələr qoyur. Təhsildə modernləşmə və yüksək keyfiyyət hədəflərinə çatmaq üçün həyata keçirilən islahatlar bu vəzifənin öhdəsindən gələcəyimizə əminlik yaradır”, - deyə rektor fikrini yekunlaşdırıb.
Tehsil-press.az