Hər bir xalqın taleyində elə zamanlar var ki, bu dövrlərdə xalq uzun mübarizədən, gərgin və mürəkkəb tarixi inkişaf yolundan keçərək yeni inkişaf mərhələsinə, tərəqqi və rifah səviyyəsinə qədəm qoyur. Belə dövrləri xalqın qızıl dövrü də adlandırırlar. Bu inkişaf səviyyəsinə çatmaq, onu dayanıqlı əsaslarla gələcək nəsillərə ötürmək isə heç də asan deyil. Bunun üçün xalqın əzmkarlığı, çalışqanlığı ilə yanaşı, güclü iradəyə, uzaqgörən siyasi təfəkkürə malik lideri olmalıdır.
Bunun ən bariz nümunəsi Ümummilli Lider Heydər Əliyevdir. 100 illik yubileyini böyük fərəhlə qeyd etdiyimiz Ulu Öndər təkcə müasir müstəqil Azərbaycanın memarı və xilaskarı deyil, həm də Azərbaycana özündən sonra layiqli Lider yetişdirmiş dühadır.
Bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru professor Cəfər Cəfərov bildirib.
Rektor qeyd edib ki, bu gün Ulu Öndər ideyalarını ən mükəmməl səviyyədə davam və inkişaf etdirən Prezident İlham Əliyev ölkəsinin və vətəndaşlarının rifahını təmin etməyi ali məqsəd kimi qarşısına qoyan əsl Liderdir. Bu baxımdan Azərbaycan xalqı olduqca şanslıdır.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 20 il müddətində ölkəmiz bütün sahələrdə dinamik inkişaf mərhələsinə qədəm qoydu, iqtisadi inkişaf, ordu quruculuğu, elm və təhsilin inkişafı, Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğ olunması, əhalinin sosial rifahının yüksəldilməsi, infrastrukturun yenilənməsi və genişləndirilməsi ilə bağlı meqalayihələr, dövlət proqramları icra olundu. Qarşıya qoyulmuş ən böyük məqsəd və vəzifə yerinə yetirildi - ərazi bütövlüyümüz və suverenliyimiz təmin olundu.
2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edildi, bu il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Qarabağdakı separatçı rejim özünü buraxmağa məcbur edildi.
Azərbaycan öz yenilməz Lideri, qüdrətli ordusu və dəmir yumruq kimi bir nöqtəyə vuran xalqı ilə son 100 il ərzində ona qarşı edilən qəsdlərin, məkrli planların nəticələrini tam aradan qaldıran qalib dövlət kimi dünya siyasi və hərbi arenasında möhtəşəm tarix yazdı.
İlk dəfə Prezident seçildiyi tarixin 20-ci ildönümündə - 2023-cü ilin 15 oktyabrında Prezident İlham Əliyevin Xocalı, Xocavənd, Xankəndi və Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində və Sərsəng su anbarının ərazisində Dövlət Bayrağını ucaltması, Xankəndi şəhərinin mərkəzindən Azərbaycan xalqına müraciət edərək 20 il əvvəl verilən bütün vədlərin yerinə yetirildiyini bildirməsi isə bu möhtəşəm tarixi zaman kəsiyinin ən parlaq səhifəsi, yeni və daha parlaq səhifələrin başlanğıcı idi.
Bütün sahələrdə olduğu kimi, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 20 il ərzində ölkəmizdə elmin və təhsilin inkişafında da əsaslı irəliləyişlər olub. Bu gün Azərbaycan təhsili dünya təhsil sisteminin bir parçası kimi dinamik inkişaf edən, günbəgün maddi-texniki və elmi potensialı yüksəldilən, dövlətin tam qayğısı ilə əhatə olunan, dünya trendlərini tətbiq edən, eyni zamanda, milli-vətənpərvər ruhlu sağlam gənclər yetişdirən bir üzvi orqanizmdir.
Son iyirmi ildə Azərbaycanda ali məktəblərin və ali təhsil alan tələbələrin sayı daha da artıb. Ali təhsil müəssisələrinə tələbə qəbulu planı ötən illə müqayisədə təxminən 48 mindən 55 minə qədər artırılıb. Yaxın bir neçə il ərzində isə illik tələbə qəbulu planı 75 min nəfərə çatdırılacaq.
C.Cəfərov qeyd edib ki, müəllimlik ixtisaslarına ayrılan plan yerləri də artan dinamika üzrə inkişaf edir. Ölkədə müəllimlik peşəsinin nüfuzunun artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsidir ki, son illərdə pedaqoji ixtisasları, həmçinin Pedaqoji Universiteti seçən abituriyentlər arasında 600 baldan yüksək bal toplayan tələbələr kifayət qədərdir. Ümumilikdə isə son 10 ildə ali məktəblərə ixtisas seçimi edərkən müəllimlik ixtisaslarını seçənlərin sayı 18 min nəfərdən 50-55 min nəfərə qədər artıb.
Azərbaycanda son 20 ildə ali təhsil sisteminin beynəlxalq rəqabətə dayanıqlılığının artırılmasına xüsusi fikir verilib, ölkəmizdə dünya standartları səviyyəsində fəaliyyət göstərən milli elmi-tədqiqat və təhsil müəssisələri yaradılıb. ADA Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Azərbaycan-Fransız Universiteti, İtaliya-Azərbaycan Universiteti kimi birgə universitetlərin yaradılması bunlara misal ola bilər.
“Biz qara qızılı insan kapitalına çevirəcəyik”, - deyən müdrik Liderin apardığı uğurlu təhsil siyasəti nəticəsində bu gün ölkəmizdə ali təhsil hər kəs üçün əlçatandır. Ali məktəblərdə tələbələrin yarıdan çoxu dövlət hesabına oxuyur və təqaüd alırlar. Orta hesabla hər il tələbə təqaüdləri 20 faiz artırılır, tələbələrin sosial və məişət şəraitinin yaxşılaşdırılması və ictimai fəaliyyətlərinin dəstəklənməsi üçün işlək mexanizmlər qurulur.
“Prezident İlham Əliyevin təhsil quruculuğu siyasətinin digər bir vacib elementi isə azərbaycanlı gənclərin dünyanın ən nüfuzlu xarici universitetlərində təhsil almağa göndərilməsidir. Bununla bağlı indiyədək icra olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nəticəsində 5 min nəfərdən artıq azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alıb. Prezidentin 2021-ci il 30 sentyabr tarixli Sərəncamına əsasən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq olunub.
Eyni zamanda, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində azərbaycanlı gənclərin xaricə getmədən keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədilə ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADPU və ADA Universiteti, Koreya Respublikasının İnha Universiteti ilə Bakı Mühəndislik Universiteti, Türkiyə Respublikasının Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında beynəlxalq ikili diplom proqramları imzalanıb.
ADPU ilə CVU arasında 3 ildir ki, uğurla icra olunan ikili diplom proqramı çərçivəsində ümumilikdə 130-a qədər gəncin təhsil siyasəti və idarəçiliyi sahəsində beynəlxalq səviyyəli mütəxəssis kimi yetişdirilməsi gözlənilir. Bütün bu deyilənlər böyük bir inkişaf marafonunun yalnız bir qanadına aid bəzi göstəricilərdir. Prezident İlham Əliyevin lideri olduğu bu marafonun növbəti xətti isə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında “qüdrətli dövlət və yüksək rifah cəmiyyəti” hədəfini reallaşdırmaqdır.
Biz əminik ki, Azərbaycan növbəti onillikdə inkişafının yeni mərhələsinə keçərək bütün hədəflərini reallığa çevirəcək”, - deyə rektor Cəfər Cəfərov fikrini yekunlaşdırıb.
Tehsil-press.az