Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasında “Auditoriyadan istehsalata” adlı praktik layihə çərçivəsində ilk dəfə olaraq mühazirə zamanı universitet ilə müəssisə arasında canlı bağlantı yaradılıb.
Canlı bağlantı zamanı “İaşə məhsullarının texnologiyası” fənninin tədrisində müəllim Könül Baloğlanova Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri ilə birlikdə tələbələrə mühazirə söyləyiblər.
Tehsil-press.az