Azərbaycan Dövlət İqtisad Universitetinin (ADPU) assosiativ tərəfdaş olaraq qoşulduğu, Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası (AK) tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) “Erasmus+” layihəsi çərçivəsində növbəti təlimlər Portuqaliyanın Ali Texniki İnstitutunda keçirilib.
Elm və Təhsil Nazirliyinin nümayəndəsi, layihədə Azərbaycandan iştirak edən 11 ali təhsil müəssisəsinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvləri, eləcə də layihənin İsveç, Polşa, İspaniya və Estoniyadan olan xarici tərəfdaş universitetlərinin nümayəndə heyətləri Portuqaliyaya işgüzar səfər ediblər.
Tədbirlərdə ADPU-nu Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova təmsil edib. Təlimin əsas məqsədi innovasiya və sahibkarlıq fəaliyyəti və tədbirlərinin universitetdə tətbiqinə dair Portuqaliya təcrübəsinin öyrənilməsidir.
Beşgünlük təlim proqramına uyğun olaraq iştirakçılar texnologiya mərkəzləri, sosial innovasiya laboratoriyası, texnologiya əsaslı sahibkarlıq proqramları mövzularında təqdimatlarla tanış olub, müzakirələr aparıb, o cümlədən Lissabonda yerləşən bir sıra texnologiya laboratoriyaları və innovasiya mərkəzlərini ziyarət ediblər.
Təlimlərin yekununda layihənin cari vəziyyətinin təhlili aparılıb və növbəti 6 ay üçün fəaliyyət planı tərtib edilib, təlim və təqdimatlara əsasən komanda işləri təşkil olunub və portuqaliyalı tərəfdaşlarla fikir mübadiləsi aparılıb.
Tehsil-press.az