Türkiyənin Ankara şəhərində Bakı Dövlət Universiteti (BDU) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bir millət, iki dövlət” adlı beynəlxalq elmi konfransın açılış mərasimi olub.
Əvvəlcə Ankara Universitetinin həyətində, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün heykəlinin yanında Ulu Öndər Heydər Əliyevin 2001-ci il martın 16-da əkmiş olduğu ağac ziyarət olunub. Xatırladaq ki, 2020-ci il dekabrın 14-də ağacın yanında xatirə lövhəsinin açılışı olub. Lövhənin üzərində ağacın əkilmə tarixi və həmin anları xatırladan foto həkk olunub.
Konfrans çərçivəsində BDU tərəfindən Ankara Universitetinin foyesində Ümummilli Lider Heydər Əliyevin mənalı həyatının, zəngin dövlətçilik fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotosərgi təşkil olunub.
Mərasimdə Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi anılıb.
Tədbirdə çıxış edən Ankara Universitetinin rektoru Necdet Ünüvar bildirib ki, Türkiyənin və Azərbaycanın tarixində 2023-cü il xüsusi əhəmiyyət daşıyır. Türkiyə Cümhuriyyətinin yaranmasının 100 ili və Azərbaycanda “Heydər Əliyev İli”nin qeyd olunması tarixi hadisədir. Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən danışan rektor qeyd edib ki, məhz Ulu Öndərin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Türkiyə-Azərbaycan əlaqələrində yeni səhifə açılıb. Bütün istiqamətlərdə, o cümlədən elm və təhsil sahəsində hər iki ölkə arasında əlaqələr uğurla inkişaf edir.
BDU-nun rektoru Elçin Babayev bildirib ki, həyatının məqsədi Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər Heydər Əliyev bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edib: “Ümummilli Lider Vətən və xalq qarşısında müstəsna tarixi xidmətlər göstərib, bu müqəddəs missiyanı uğurla, şərəflə, cəsarət və mərdliklə yerinə yetirib. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Müdrik xalqımız hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoyduğunu, Azərbaycanın müstəqilliyə gedən yolunun təməllərini formalaşdırdığını çox yaxşı dərk edir. Məhz həmin illərdən başlayaraq Azərbaycan Heydər Əliyevin uğurlu fəaliyyəti ilə SSRİ-də sənayenin inkişaf etdiyi respublikaya çevrildi.
1988-1992-ci illərdə Azərbaycan parçalanmaq təhlükəsi ilə üzləşmişdi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz həmin təhlükədən xilas oldu. Azərbaycan böyük inkişaf yoluna çıxdı. Ölkəmiz dünyada etibarlı tərəfdaş kimi qəbul olundu. Respublikaya yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, neft strategiyası dövlətimizi qüdrətləndirdi. Ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi və hərbi qüdrəti artdı”.
Rektor bildirib ki, 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasətini qətiyyətlə davam etdirərək Azərbaycanı dünyanın qüdrətli dövlətlərindən birinə çevirdi. Müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirdi, torpaqlarımızı işğaldan azad etdi, xalqımızın müzəffər xalq olduğunu bütün dünyaya sübut etdi: “Xalqımız Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini ona olan böyük sevgi ilə qeyd edir. Bu gün Ulu Öndərin sonsuz diqqət və qayğı ilə yanaşdığı, “Mən çox xöşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı BDU-nun kollektivi də bütün xalqımız kimi dahi rəhbərin əziz xatirəsini ehtiramla yad edir”.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova “Heydər Əliyev İli” çərçivəsində Ankarada həyata keçirilən tədbirlərdən bəhs edib, hər iki ölkənin aparıcı ali təhsil müəssisələrinin əməkdaşlıq əlaqələrinin Türk dünyasında elm və təhsilin inkişafına töhfə verdiyini bildirib.
Sonra konfrans “Türk dünyası tarixində Heydər Əliyev” adlı panel iclasla davam edib.
Tehsil-press.az