BDU aliminin nəzəri fizika sahəsində araşdırmalarının nəticələri nüfuzlu jurnalda yer alıb

BDU aliminin nəzəri fizika sahəsində araşdırmalarının nəticələri nüfuzlu jurnalda yer alıb Bakı Dövlət Universitetində (BDU) yeni elmi araşdırmalar aparılır.
Universitetin nəzdində Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri fizika şöbəsinin aparıcı elmi işçisi Şahin Məmmədovun “AdS/KXD-də tenzor mezon qarşılıqlı təsir sabitləri” adlı məqaləsində tenzor mezonlarla nuklonların qarşılıqlı təsir sabiti AdS/KXD-nin sərt- və yumşaq-divar modelləri çərçivəsində hesablanıb, müqayisə edilib. Habelə tenzor mezonların iki fotona və bir foton, bir ro mezona parçalanma sabitləri hesablanıb və tədqiq olunub.
Məqalə “Web of Science” bazasında Q1 kvartillli jurnallar siyahısına daxil olan Amerika Fizika Cəmiyyətinin “Physical Review D” jurnalında dərc olunub.

Tehsil-press.az



Oxşar xəbərlər