Hollandiya Baş naziri Mark Rutte və tərəfdarları NATO-nun növbəti baş katibi olmaq üçün bir çox maneələrlə üzləşib. Bu problemlər yekun qərarın verilməsini həftələrlə gecikdirə bilər.
Bu barədə “Euractiv” yazır.
Rutte NATO-nun hazırkı baş katibi Yens Stoltenberqi əvəz etməyə əsas namizəddir. Mümkün baş katib aprelin ilk həftəsində müəyyən edilməli idi. Amma gözlənilmədən Rumıniya Prezidenti Klaus İohannisin bu vəzifəyə iddialı olması durumu dəyişib. Bura qədər çoxları Rutte üçün artıq hər şeyin həll olunduğunu düşünürdü. Amma indi o, Macarıstan, Rumıniya, Slovakiya və Türkiyənin etimadını qazanmalıdır.
Nəşr vurğulayır ki, bunun ittifaqa üzv dövlətlərin xarici işlər nazirlərinin mayın 30-31-də Praqa, iyulun 9-11-də Vaşinqtonda liderlərin sammitinə qədər həll olunub-olunmayacağı bəlli deyil.
Stoltenberqin səlahiyyət müddəti oktyabrın 1-də başa çatır. O, 10 il bu vəzifədə çalışıb, mandatı üç dəfə yenilənib.
Mark Rutte hazırda alyansın 4 üzvü- Fransa, Almaniya, Böyük Britaniya və ABŞ tərəfindən dəstəklənir. Nəşr hesab edir ki, bu, Rutteyə maneəsiz yol təmin etməli olsa da, vəziyyət gözlənildiyi kimi getmir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ay Rutte ilə görüşdən sonra NATO-nun növbəti liderinin terrorla mübarizəyə daha ciddi yanaşmasını və Avropa Birliyinə daxil olmayan müttəfiqlərin maraqlarını nəzərə almasını istədiyini vurğulayıb.
Macarıstan Baş naziri Viktor Orban Ruttenin namizədliyinə qarşı çıxır. Çünki Hollandiya baş naziri Orban hökumətinin sərt tənqidçilərindəndir.
Rumıniyanın öz namizədi var, Slovakiya isə seçki prosesindədir.
Nəşr həm Ankara, həm də Budapeştin önümüzdəki həftələrdə yekun qərarlarını verəcəklərini də yazır.
Tehsil-press.az