ADU-nun Türk dünyası araşdırmaları mərkəzinin müdiri, filologiya elmləri doktoru, dosent Elçin İbrahimovun "Türk dünyasında ortaq əlifba, imla və ünsiyyət dili" kitabının Özbəkistanda təqdimatı keçirilib.
Təqdimat Özbəkistan Nazirlər Kabineti yanında Dövlət Dilini Təkmilləşdirmə Mərkəzində olub.
Özbəkistan Dövlət Dilini Təkmilləşdirmə Mərkəzinin İcraçı direktoru Əzizjan Eminov çıxışında bildirib ki, türk dünyasının birliyi yolunda yerinə yetirilən hər bir əsər qiymətlidir: “Elçin İbrahimovun kitabı türk dünyasında tarixən və günümüzdə əsas problemlərindən olan ortaq əlifba, ortaq dil məsələlərinə həsr olunub. Biz də məhz bu baxımdan Mərkəz olaraq kitabın özbək dilinə tərcümə olunmasına qərar verdik. İnanıram ki, kitab Özbəkistan cəmiyyəti üçün faydalı olacaqdır”.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin İcraçı direktoru Erkin Nuriddinov çıxışında Özbəkistan-Azərbaycan elmi, mədəni əlaqələrinin tarixindən danışaraq, E.İbrahimovun əsərinin də bu elmi əlaqələrdə müstəsna rol oynacağından əmin olduğunu bildirib.
Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Kərim Məmmədzadə qeyd edib ki, Azərbaycan-Özbəkistan arasında elmi əlaqələr hər gün daha da genişlənməkdədir: "Kitabın özbək dilinə tərcümə olunmasını mütərəqqi addım hesab edirəm. Düşünürəm ki, türk dünyasının birliyi yolunda bu tipli kitabların tərcüməsi bu işlərə öz əməli faydasını verəcəkdir”.
Təqdimat mərasimi daha sonra kitabla bağlı məruzələrlə davam edib.
“Türk dilləri tarixi üçün mühüm tədqiqat” mövzusunda məruzəsində kitabın elmi redaktoru, filologiya elmləri doktoru, professoru İnamjan Azimov deyib: “Elçin İbrahimov müasir dövrün cədidçisidir. Necə ki, XIX əsrdə cədidçilər türk dünyasının maariflənməsi və birliyi yolunda çalışırdı, E.İbrahimov da bu gün türk dünyasının əlifbada, dildə birliyi yolunda çalışır. Özbək dilinə tərcümə edib, təqdimatını keçirdiyimiz bu sanballı əsərin də Özbəkistan elmi həyatı üçün son dərəcə əhəmiyyətlidir”.
Özbəkistan Dövlət, Sənət və Mədəniyyət Universitetinin professoru Marufjon Yoldaşev bildirib ki, kitab müəllifi ilə hələ yeddi il öncə “Azərbaycan və Özbək dillərində frazeologizmlər” adlı lüğəti birlikdə hazırlayıb: “Mən pafosdan uzaq qeyd edim ki, əziz dostum, həmkarım Elçin bu gün böyük şəxsiyyət Qaspıralı İsmayıl bəyin türklər üçün dəyişəməz şüar olan “Dildə, fikirdə, əməldə birlik” ideyalarını günümüzdə yaşadır və bu yolda yorulmadan çalışır. Özbək dilinə tərcümə olan bu sanballı əsərin də universitet tələbələri və tədqiqatçılar üçün faydalı olacağı qənaətindəyəm”.
Sonda çıxış üçün söz kitabın müəllifi Elçin İbrahimova verilib. E. İbrahimov çıxışında, belə nəcib təşəbbüsə görə Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dövlət Dilinin Təkmilləşdirmə Mərkəzinin rəhbərliyinə, kitabın elmi redaktoru və tərcüməçisinə təşəkkür edib: “Türk dünyasının birliyi yolunda yazılan hər bir əsər dəyərlidir. İnanıram ki, kitab Özbəkistanda bu sahədə araşdırma aparan tədqiqatçılar üçün faydalı olacaq. Çünki son dövrlər türk dünyasında ortaq əlifbanın və dilin müzakirə olunduğu bir vaxtda Özbəkistan elmi ictimaiyyətinin məhz bu kitab vasitəsilə ortaq dil və əlifba haqqında məlumat alması, hesab edirəm, son dərəcə gərəklidir”.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara müəllifin imzasıyla kitablar təqdim olunub.
Tehsil-press.az