BDU-da “Kimya və kimya texnologiyası” adlı lll Respublika elmi konfransı

BDU-da “Kimya və kimya texnologiyası” adlı lll Respublika elmi konfransı Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-cu ildönümünə həsr olunmuş Doktorant, magistr və gənc tədqiqatçıların “Kimya və kimya texnologiyası” adlı Ill Respublika elmi konfransı keçirilir.

Tədbirin açılış mərasimində çıxış edən elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov bildirib ki, konfrans bir neçə əlamətinə görə aktualdır. Müstəqil Azərbaycanın memarı, neft strategiyasının banisi, Ümümimilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci  ildönümü bütün ölkəmizdə olduğu kimi, BDU-da da böyük sevgi və ehtiramla qeyd olunur. Ulu Öndərin Azərbaycanın neft-kimya sənayesinin inkişafında və yenidən qurulmasında misilsiz xidmətlərini xatırladan Hüseyn Məmmədov diqqətə çatdırıb ki, Kimya fakültəsi ölkədə kimyacı kadrların yetişməsində xüsusi çəkiyə malikdir. Daha sonra natiq BDU-da elmi tədqiqatların səviyyəsi, beynəlxalq bazalarda indeksləşməsi, eləcə də yeni ixtisasların yaranması haqqında məlumat verib.

Kimya fakültəsinin dekanı Fuad Kərimli Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu və elmimizin inkişafında əvəzsiz rolundan danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. O bildirib ki, konfransa ölkənin müxtəlif universitetlərindən, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarından 220-dən çox tezis qəbul olunub.  

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, akademik Vaqif Fərzəliyev, professor Məhəmməd Babanlı və Sumqayıt Dövlət Universitetinin prorektoru Elşad Abdullayev çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda neft-kimya sənayesinin inkişafındakı tarixi xidmətlərini diqqətə çatdırıblar.
Konfransın plenar iclasında Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müdiri, professor Rasim Alosmanovun və Sənaye kimyası elmi-tətqiqat laboratoriyasının müdiri Ələkbər Hüseynzadənin məruzələri dinlənilib.

Konfrans öz işini iki gün ərzində dörd bölmədə davam etdirəcək.

Tehsil-press.az

Oxşar xəbərlər