Muxtariyyətin 100-cü, ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Universitetində “Diş-çənə anomaliyalarının diaqnostika və müalicəsində müasir üsullar” adlı elmi-praktik konfrans keçirilib.
Konfransdan öncə qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin heykəlinin önünə gül dəstələri qoyub hörmət və ehtiramlarını ifadə ediblər. Heydər Əliyev Muzeyi ilə tanışlıq zamanı qonaqlara görkəmli dövlət xadiminin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə ətraflı məlumat verilib.
Sonra qonaqlar ali təhsil ocağının Tibb fakültəsində olub, fakültədə fəaliyyət göstərən kitabxana, kompüter otağı, histologiya, anatomiya, fizioterapiya, patalogiya, stomatoloji simulyasiya, əc¬zaçılıq simulyasiya kabinələri, kimya, fiziologiya və stomatoloji texniki labora¬toriyaları ilə də tanış olublar.
Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Tibb elminə dair konfransların, simpoziumların keçirilməsinin universitetdə bir ənənənə halı aldığını qeyd edib. Ali təhsil ocağının müasir təlim-tədris imkanlarından danışan rektor dövlətimizin xüsusi diqqət və qayğısı ilə 25 il bundan öncə yaradılan Tibb fakültəsində müasir şəraitdən danışıb. Bildirilib ki, nəzəri biliklərin təcrübədə tətbiqi, tanınmış cərrahlarla görüşlər, ustad dərslərin təşkil edilməsi, tibb elminin yeniliklərinə dair konfrans, simpozium, seminarların təşkili tələbələrin gələcəkdə savadlı kadr kimi formalaşmasına geniş imkanlar açır. Nəticədə, fakültə məzunları ölkəmizin, eləcə də muxtar respublikamızın səhiyyə sisteminə layiqli töhfələr verirlər.
Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov qeyd edib ki, hazırda respublikamızda tibb təhsili sahəsində gedən uğurlu inkişaf danılmaz bir həqiqətdir. Bu uğurlu təhsili respublikamızda həyata keçirən Tibb universitetləri ilə bərabər Naxçıvan Dövlət Universitetinin də böyük nüfuzu vardır. Universitetin hazırladığı tibbi kadrlar indi yeni böyük tələbə ordusuna tibb təhsili verir və müasir tibbi kadrların hazırlanması yolunda böyük xidmətlər göstərirlər. Savadlı gənc kadrların hazırlanmasında ölkə rəhbərinin və dövlətimizin böyük qayğı göstərməsi mühüm rol oynayır.
Naxçıvan MR Səhiyyə Nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxov çıxış edərək diqqətə çatdırıb ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Sevindirici haldır ki, ölkəmizdə fəaliyyət göstərən iki böyük ali təhsil ocağı tibb sahəsi üzrə peşəkar kadr formalaşdırır. Bu həm respublikamızda tibbin inkişafına təkan verir, həm də regionda bu sahəyə olan kadr ehtiyacının təmin olunmasında mühüm rol oynayır. Vurğulanıb ki, bunun nəticəsi olaraq bu gün dünyanın bir çox ölkələrində savadlı, bilikli həkimlərimiz, professorlarımız uğurla fəaliyyət göstərir və dünya tibb elminə mühüm töhfələr verirlər.
ADTHİ-nin Ortodontiya kafedrasının müdiri. t.e.d. dosent Ziba Qasımova “Diş-çənə anomaliyalarının yayılması və müxtəlif yaş qruplarında müalicə üsulları”, Azərbaycan Tibb Universitetinn Ortodontiya kafedrasının müdiri Ramidə Şadlinskaya “ATU-nun Ortodontiya kafedrasının fəaliyyəti”, Naxçıvan MR Ağız və Diş Sağlamlığı Mərkəzinin həkimi Ləman Əliyeva “Naxçıvanda ortodontik xidmətin vəziyyəti və ortodontik yardımın təşkili”, Naxçıvan Dövlət Universitetinin həkim-stomatoloqu Camal Cümşüdlü “Transversal dişləm anomaliyaları, diaqnostika və müalicə prinsipləri mövzularında çıxışlar ediblər.
Konfransda mövzular üzrə məruzələr dinlənilib. Sonda məruzələrlə çıxış edənlərə sertifikatlar verilib.
Konfrans ərəfəsində hər iki ali təhsil müəssisəsi arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Hər iki ali təhsil ocağının rektoru birgə əməkdaşlıq məsələləri barədə müzakirələr aparıblar. Sonra təhsil, elm və səhiyyə sahələri üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqaməti üzrə təkliflər dəyərləndirilərək əməkdaşlıq müqaviləsi imzalanıb. Elbrus İsayev qonağa Naxçıvan haqqında dəyərli kitab və hədiyyə təqdim edib, xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, müqavilədə hər iki təhsil müəssisəsində təhsil prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması və inkişaf etdirməsi üçün birgə elmi-tədqiqat işləri aparmaq, layihələr həyata keçirmək və təhsilin bütün sahələrində elmi mövzular haqqında məqalələr yazmaq, elmi-tədqiqat məlumatlarının və texniki materialların, akademik heyətin,tələbə/rezident mübadiləsini həyata keçirmək, konqres, konfrans, simpozium, seminar və s. kimi birgə elmi yığıncaqlar təşkil etmək, prioritet innovativ layihələri birgə işləyib hazırlamaq və yaradılmış innovativ texnologiyaların və məhsulların tətbiqi üçün şərait yaratmaq məsələləri öz əksini tapıb.
Tehsil-press.az