Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata əsasən, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 dəfə azalıb.
Azalmanın səbəbləri nələrdir? Neftdən gələn gəlirin azalması ölkə iqtisadiyyatına necə təsir edəcək?
Enerji məsələləri üzrə ekspert İlham Şaban Referans.az-a açıqlamasında bildirib ki, “Şahdəniz” yatağından dövlətə çatan gəlirin azalmasının bir neçə səbəbi var.
“Son dövrlərdə Qərb bazarlarında qazın qiyməti ucuzlaşıb. Qazı hazırda daha ucuz qiymətə satmağa məcburuq. Buna görə də gəlir azalır. Eyni zamanda Şahdənizdən ölkənin daxili tələbatı üçün alınan qazın həcmi də artıb ki, bunun də pulu elə mənfəətdən ödənilir. Şahdəniz müqaviləsi üzrə payın bölünməsində dövlətə çatan hissənin minimal həddə olması da gəlirin azalmasının səbəblərindən biridir. Çünki hazırda xarici şirkətlər qoyduqları investisiyaların geri qaytarılması prosesindədirlər, investisiyalar geri götürüləndən sonra dövlətin mənfəət qazında aldığı pay 70% göstəricisinə qədər artacaq”.
İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, nefdən gələn gəlir son illərdə olduqca azalıb. Büdcənin böyük hissəsini neft vasitəsilə formalaşdıran bir ölkə üçün bu olduqca mənfi situasiyadır.
“Təəssüf ki, bu, təəccüblü hal deyil. Çünki bizdə hasilat kəskin aşağı düşür. 2000-ci illərin əvvəllərindən başlayaraq indiki dövrə qədər, yəni, böyük neft pulları və böyük neft hasilatı başlanan dövrdən götürsək, ilk dəfədir ki, bizdə neft hasilatında belə aşağı göstəricilər qeydə alınır. Təbii ki, bu, Azərbaycanın makroiqtisadi göstəricilərinə mənfi təsir edəcək bir amildir. Təəssüf ki, Azərbaycanın xarici ticarətinə, valyuta gəlirlərinə baxdıqda onun 90 faizə yaxınını qaz və neft məhsullarının təşkil etdiyini görürük. Məhz xam neft 80 faizdən yuxarıdır. Buna görə də hasilatın aşağı düşməsi gəlirlərin də azalmasına səbəb olur. Bu da Neft Fondunun valyuta ehtiyatlarına da mənfi təsir edəcək”.
Ekspert qeyd edib ki, bu göstərici təxminən 1 il, 1 il yarımdan sonra manatın məzənnəsi ilə bağlı yeni qərarların qəbulu məsələsini də müzakirəyə açıq hala gətirir. Səbəb isə valyuta gəlirlərinin azalması ilə manatın məzənnəsinə basqıların artması olacaq.
Tehsil-press.az