Azərbaycanın Cari Əməliyyatlar Balansı qlobal əmtəə bazarlarında yaranan şokun və pandemiyanın təsiri altında olsa da, bu ilin ilk rübündə müsbət saldonu qoruyub.
Bu barədə açıqlama verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, Vüsal Qasımlı bildirib ki, cari əməliyyatlar balansına fiskal siyasət orta müddətdə, monetar siyasət isə qısa müddətdə təsir göstərir.
“Azərbaycanın cari əməliyyatlar hesabına indiki halda iki tsiklik təsir var: biznes tsiklinin və neft qiymətləri tsiklinin təsiri. Hər iki tsikl enmə mərhələsində olduğundan cari əməliyyatlar hesabına mənfi təsir göstərir. Nəticədə bu ilin ilk rübündə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2,5 dəfə azalaraq 646,3 milyon dollar təşkil edib. Bu enmə neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisitinin 19,2% azalması, qeyri-neft sektoru üzrə isə kəsirin 28,4% artması hesabına olub. 2019-cu il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti faktiki icra göstəriciləri əsasında hesablandıqda -31,1% hədəfə qarşı -26,6% təşkil edib. Bu nisbətin azalması Cari Əməliyyatlar Balansına müsbət təsir edir. 2019-cu ildə tədiyə balansı neft qiymətinin əlverişli olması, qeyri-neft ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənib”.
Tehsil-press.az