Tədbirdə müğənnilər Zaur Yusifli, Sevda Akkaya, Pənah Məmmədli, Natiq Ayxanın ifasında vətənpərvərlik ruhunda mahnılar, Sevda Aslanovanın ifasında səslənən hind mahnısı maraqla dinlənilib.
Ədalət Dağlının ifa etdiyi "Şəhidlər " mahnısı əsgər və zabit heyəti tərəfindən alqışlarla qarşılanıb.
Sonda Hərbi hissənin komandiri tərəfindən tədbirə görə Şəhər mədəniyyət evi, C.Cabbarlı adına mədəniyyət evi və Corat mədəniyyət evinin müdiriyyətinə və yaradıcı kollektivlərinə təşəkkür élan edilib.
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin
Mətbuat xidməti




