Azərbaycanda 2 qardaşın öldüyü dəhşətli hadisənin GÖRÜNTÜLƏRİ - ANBAAN VİDEO

Azərbaycanda 2 qardaşın öldüyü dəhşətli hadisənin GÖRÜNTÜLƏRİ - ANBAAN VİDEO Şamaxı şəhərində 2 qardaşın öldüyü dəhşətli qəzanın videosu yayılıb.
Görüntülərdən məlum olur ki, qəzanı törədən “Niva”nın sürücüsü yolun əks tərəfindən nəqliyyat vasitəsinin gəlib-gəlməməsinə əmin olmadan əks zolağa çıxıb. Bu zaman qarşı yoldan gələn “Shacman” markalı yük maşını 2 qardaşın olduğu avtomobil vurub. Sürücü və qardaşı hadisə yerində vəfat edib.
Qeyd edək ki, Şamaxı şəhərində "Shacman" markalı yük avtomobilinə çırpılan "Niva"da ölən 1989-cu il təvəllüdlü İsmayılov Rasim Vahid oğlu və qardaşı 1987-ci il təvəllüdlü İsmayılov Ramil fermer təsərrüfatını idarə edirmiş.
Onlar iyunun 1-də yaşadıqları evə gedərkən - əsas yoldan məhəlləyə dönərkən maşının yük avtomobilinin altında qalması nəticəsində vəfat ediblər.
Hər iki şəxs dünən doğulduqları Şamaxının Quşçu kənd qəbiristanlığında yanaşı dəfn ediliblər.
Qeyd edək ki, vəfat edən qardaşların ikisi də ailəli olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.



Tehsil-press.az

Oxşar xəbərlər