Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurova həsr olunmuş film təqdim olunub

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurova həsr olunmuş film təqdim olunub Sumqayıt şəhər İcra Hakimiyyətinin və Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Mədəni İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Qısa ömrün uzun yolu” sənədli-bədii filminin təqdimat mərasimi keçirilib.
“Bay Film” studiyası tərəfindən lentə alınınan film 1995-ci ilin mart hadisələri zamanı şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Qəhrəman oqlu Mansurova həsr olunub.
Təqdimat mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, Qarabağ Müharibəsi Əlilləri, Vetearnları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şöbəsinin sədri Tərlan Hacızadə, yazışı, publisist Hafiz İmamnəzərli, Əməkdar artistlər İzaməddin Bağırov, Nazir Rüstəmov çıxış edərək belə filmlərin gənclərin mənəvi tərbiyəsində, onlara vətənpərvərlik ruhunun aşılanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Sonra Filmin prodüsseri Gəray Əlibəyov, ssenari müəllifi Vaqif Rəsuloğlu, quruluşçu rejissoru Sevindik Rəsulov çıxış edərək film haqqında məlumat veriblər.
Daha sonra çıxış edən Milli Qəhrəmanın qardaşı, polkovnik Bəhrəm Mansurov filmin yaradıcı heyətinə, tədbirin təşkilatçılarına və qonaqlara ailəsi adından təşəkkür edib, belə təbliğat kampaniyalarının gücləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbir filmin nümayişi ilə başa çatıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin
Mətbuat xidməti


Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurova həsr olunmuş film təqdim olunub

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Mansurova həsr olunmuş film təqdim olunub

Oxşar xəbərlər