UNEC-in tələbə və məzunları üçün korporativ satış üzrə təcrübə proqramı

UNEC-in tələbə və məzunları üçün korporativ satış üzrə təcrübə proqramı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Təcrübənin təşkili şöbəsinin təşkilatçılığı ilə bu ali məktəbin tələbə və məzunları üçün “Sales Broker” şirkəti tərəfindən korporativ satış üzrə təcrübə proqramı elan edilir.
Təcrübə müddətinin sonunda proqramı uğurla bitirən namizədlərə sertifikat veriləcək. Təcrübəçi proqram müddəti ərzində dəvət etdiyi hər bir şirkətə görə bonus əldə edir. Təcrübə müddəti 2 aydır. Təcrübəçiyə dair tələblər, onların proqramdan əldə edəcəkləri və qeydiyyat linki ilə UNEC-in saytında tanış olmaq mümkündür.
Təcrübə proqramında iştirak etmək istəyənlər fevralın 25-dək müraciət edə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər