Magistratura və doktorantura tələbələrinin hərbi xidmətdən möhlət hüququ iyunun 14-də müzakirə olunacaq

Magistratura və doktorantura tələbələrinin hərbi xidmətdən möhlət hüququ iyunun 14-də müzakirə olunacaq Azərbaycan Milli Məclisinin növbədənkənar xüsusi sessiyasının iyunun 14-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub.

Parlamentdən verilən məlumata görə, gündəlikdə 28 məsələ var. Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, "Kənd təsərrüfatı kooperasiyası haqqında" və "Elm haqqında" qanun layihələri, “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutan dəyişiklik, "Hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik, Miqrasiya, Vergi, İnzibati Xətalar, Mülki Prosessual məcəllələrinə, o cümlədən bir sıra qanunlara dəyişikliklər gündəliyə daxil edilib.


Tehsil-press.az

Oxşar xəbərlər