Amnistiya haqqında Qərarın Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində icrasına başlanılıb

Amnistiya haqqında Qərarın Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində icrasına başlanılıb Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” parlamentin qərarının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən iyunun 15-də icrasına başlanılıb.

Qərara əsasən, ümumilikdə, 10 min məhkum amnistiya aktının təsiri altına düşür, onlardan 3 min 500-ə yaxın şəxs cəzaçəkmə müəssisələrindən azad edilir.
Amnistiya aktı haqqında qərar iyunun 15-dən qüvvəyə minir. Qərarın ümumi icra müddəti dörd aydır.
Tehsil-press.az xəbər verir ki, Amnistiya haqqında Qərarın icrası Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının, Penitensiar Xidmət üzrə təşkil edilmiş komissiyanın, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman Aparatı, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Amnistiya haqqında Qərarın vaxtında icrasını təmin ediblər.
Qərar tətbiq olunmuş şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər amnistiya şamil olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətimiz üçün bundan sonra faydalı, layiqli vətəndaş olacaqlarına əminliklərini bildiriblər. Amnistiya aktı Azərbaycan vətəndaşının hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi xarakterizə edilib.
Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində amnistiya aktının əhatə etdiyi şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib.
Amnistiya aktına əsasən azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə və neçə-neçə ailələrə səadət, sevinc bəxş etdiyinə görə Prezident İlham Əliyevə və birinci xanım, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Amnistiya haqqında Qərarın Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində icrasına başlanılıb

Amnistiya haqqında Qərarın Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində icrasına başlanılıb

Amnistiya haqqında Qərarın Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində icrasına başlanılıb

Amnistiya haqqında Qərarın Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində icrasına başlanılıb

Tehsil-press.az

Oxşar xəbərlər