Üzgüçümüz finalda

Üzgüçümüz finalda Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında iştirak edən Azərbaycan üzgüçüsü Roman Saley təsnifat mərhələsində ilk səkkizlikdə yer alıb.
Tehsil-press.az-n məlumatına görə, 13 atletin qatıldığı təsnifat mərhələsində Roman Saley ikinci qrupda mübarizə aparıb. İdmançımız məsafəni 4:13,83 saniyəyə qət edərək qrupda üçüncü, ümumi nəticədə isə 4-cü olub. Qeyd edək ki, Azərbaycan Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunur.


Tehsil-press.az

Oxşar xəbərlər