Kulevi terminalında daha iki rezervuar parkı istifadəyə verilib

Kulevi terminalında daha iki rezervuar parkı istifadəyə verilib SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində bu gün Kulevi terminalında iki əlavə rezervuar parkının açılış mərasimində iştirak edib.

Tehsil-press.az SOCAR-ın saytına istinadən xəbər verir ki, Gürcüstanın iqtisadiyyat naziri Dimitri Kumsişvili, energetika naziri İliya Eloşvili və digər rəsmi şəxslər də mərasimdə iştirak edib.
Bildirilib ki, terminalda əlavə parkların tikintisinə 2015-ci ildə başlanılıb. 5 saylı rezervuar parkı ümumi həcmi 60 000 kubmetr olan 6 rezervuardan ibarətdir. Qazoyl, nafta, karbohidrogen qaz kondensatı, dizel yanacağı və aviasiya benzini kimi müxtəlif məhsulların qəbulu, saxlanılması və yüklənməsi məqsədilə tikilmiş bu çənlər Xəzər dənizi bölgəsindən neft məhsullarının ixracı və idxalı üçün nəzərdə tutulub.
Obyektdə neft və neft məhsullarının ehtimal olunan yük dövriyyəsi il ərzində 1 500 000 metrik tondur. 6 saylı park isə ümumi həcmi 12 000 kubmetr olan 5 rezervuradan ibarətdir: 2 rezervuraın hər birinin həcmi 3 000 kubmter, 3 rezervuarın hər birinin həcmi isə 2 000 kubmetrdir. Rezervuar parkı maye piroliz qətranı, izopropil spirti və sənaye yağının saxlanılması üçün layihələndirilib. Qeyd olunub ki, “Qara Dəniz Terminalı” MMC-nin İnteqrasiya Olunmuş İdarəetmə Sistemi altı aylıq fəaliyyətindən sonra, 2008-ci ildə “Moody İnternational” təşkilatından üç standartın-İSO9001, İSO14001 və OHSAS18001 standartlarının hər biri üzrə sertifikat alıb.
R.Abdullayev daha sonra Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, energetika naziri İliya Eloşvili və Acarıstan Muxtar Respublikası hökimətinin sədri Zurab Pataradze ilə birlikdə Gürcüstanda 1 000 000-cu təbii qaz istifadəçisinin şəbəkəyə qoşulması münasibətilə keçirilən mərasimdə iştirak edib. Bu istifadəçi Acarıstan bölgəsinin Xutsubani kəndinin sakini Mamuka Maxaradze olub. “SOCAR Georgia gas” şirkəti bu münasibətlə onu təbrik edib.
Hazırda “SOCAR Georgia Gas” şirkətinin Acarıstanda 66 821 aktiv və potensial müştərisi var, orta və alçaq təzyiqli qaz kəmərlərinin ümumi uzunluğu isə 972,6 kilometrdir. 2017-ci ilin sonuna kimi 360 kilometrlik boru kəmərinin çəkilişi və daha 8 935 abonentin qazlaşdırılması nəzərdə tutulur. Hər iki tədbirdə Azərbaycan Gürcüstandakı səfiri Azər Hüseyn də iştirak edib.


Tehsil-press.az

Oxşar xəbərlər