Eksternat imtahanında 33 nəfər iştirak edib

Eksternat imtahanında 33 nəfər iştirak edib Müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün eksternat qaydasında imtahan keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən tehsil-press.az-a bildiriblər ki, eksternat imtahanlarında iştirak etmək üçün 16 yaşı tamam olan 35 nəfər qeydiyyatdan keçib. Ümumi orta təhsil kursu üzrə eksternat imtahanlarında iştirak etmək üçün ərizə qəbulu ötən il dekabrın 19-dan 30-dək aparılıb. Bakıdakı 45 nömrəli tam orta məktəbdə keçirilən imtahanda 29-u Azərbaycan, dördü rus bölməsi olmaqla, 33 nəfər iştirak edib. Onlardan 24 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.
Eksternat qaydasında keçirilən imtahanda müvəffəq olan şəxslərin ümumi orta təhsil haqqında sənəd əldə etmələri üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarında iştirak etmələri vacibdir.

Tehsil-press.az

Oxşar xəbərlər