Mövlud Çavuşoğlu ABŞ rəsmiləri ilə görüşüb

Mövlud Çavuşoğlu ABŞ rəsmiləri ilə görüşüb Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ ədliyyə nazirliyində ABŞ rəsmiləri ilə görüş keçirib.

Təhsil-press.az-ın verdiyi məlumata görə, bunu nazirliyin nümayəndəsi Piter Karr bildirib.
"Biz bugünkü görüşün olduğunu təsdiq edə bilərik, lakin görüşdə nə müzakirə olunduğunu şərh etməkdən imtina edirik", - Karr bildirib.
Bir müddət əvvəl Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ 2016-ci ilin iyul ayında çevriliş cəhdinin təşkilində ittiham olunan Fəthullah Gülənin mümkün ekstradisiyası ilə bağlı Vaşinqtonda müzakirələrin aparılacağı barədə məlumat verib.

Təhsil-press.az

Oxşar xəbərlər