Abşeron göllərində, əsasən Zabrat və Məhəmmədi göllərinin kənarındakı evləri subasma təhlükəsi hələ də qalmaqdadır.
Hər iki göldə kənara axın olmadığından səviyyə əvvəlki vəziyyətdədir. Göl ətrafında tikilən evlərin əksəriyyətinin zirzəmisi su ilə dolub.
Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralovun sözlərinə görə, Bakı qəsəbələrinin əksərində olan göllərin suyun səviyyəsi dəyişməz qalıb. Zabrat və Məhəmmədi göllərində isə sululuq artmaqda davam edir.
Əvvəllər göldə suyun səviyyəsi qalxanda su ötürücülərlə vasitəsi ilə dənizə axıdılıb. Hazırda isə həmin kanallar və borular sıradan çıxıb. Üstəlik, kanalizasiya suları da göllərə axıdılır. Bu isə təhlükəni artırır.
Əziz Qaralov suyun səviyyəsinin sabit saxlanılması üçün mütləq kollektor sisteminin qurulmalı olduğunu deyir. Əks halda isə heç cürə suyun artımının qarşısını almaq mümkün deyil.
Əziz Qaralovun sözlərinə görə, yeni sistem tam quraşdırıldıqdan sonra artıq bu ərazilərdəki göllərdə sululuq səviyyəsinə nəzarət etmək mümkün olacaq və yaxınlıqda tikilən evlərin də subasma təhlükəsi aradan qalxacaq.
Təhsil-press.az