Biləsuvarda yanğın: ölən var

Biləsuvarda yanğın: ölən var Biləsuvar rayonu, Zəhmətabad kəndində yanğın qeydə alınıb.

Təhsil-press.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Biləsuvar rayonu, Zəhmətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təhsil-press.az

Oxşar xəbərlər