Mayın 24-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin İngilis dilinin fonetikası kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və ADU-nun yaranmasının 80 illiyinə həsr olunmuş “Ən yaxşı tələffüz uğrunda” müsabiqə keçirilib.
Təhsil fakültəsinin I kurs tələbələri arasında Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 23 tələbənin iştirak etdiyi müsabiqədə tələbələr ingilis dilində tələffüz bacarıqlarını nümayiş etdiriblər.
Münsiflər heyəti müsabiqədə iştirak edən tələbələrin tələffüz etmə bacarıqlarını qiymətləndirib, qaliblər diplomla, digər iştirakçılar isə sertifikatla təltif olunub.
Qeyd edək ki, müsabiqənin Azərbaycan bölməsi üzrə Viktoriya Allahverdiyeva, rus bölməsi üzrə isə Aynur Əlizadə qalib seçilib.

ADU-nun Mətbuat Xidməti