1-3 iyul tarixlərində Bolqarıstanın Nesebar şəhərində Nesebar şəhər bələdiyyəsinin himayəsi altında Bolqarıstanın “Sərhədsiz təhsil” Pedaqoji Assosiasiyası və Qazaxıstanın “İnnovasiya” Elmi-tədris Mərkəzinin birgə təşkilatçılığı ilə “Sərhədsiz riyaziyyat” IV Beynəlxalq turnir keçirilib.
Turnirdə 11 ölkədən (Azərbaycan, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Makedoniya, Malta, Rusiya, Rumıniya, Türkiyə, Özbəkistan, Honq Konq) 1-12 siniflərdən olmaqla, 1200 şagird iştirak edib.
Fərdi yarışlar gedişində şagirdlər 60 dəqiqə ərzində 20 riyazi suala cavab tapmalı, komanda yarışlarında isə 3 nəfərdən qruplar 45 dəqiqə ərzində 5 məsələni həll etməli idilər.
Yarışlardan öncə Nesebar şəhərinin meri Nikolay Dimitrov iştirakçıları təbrik edib. Həmçinin, Bolqarıstanın təhsil və elm naziri Krasimir Valçev, Azərbaycanındakı səfiri Nərgiz Qurbanova və Qazaxıstanın Bolqarıstandakı müvəqqəti işlər vəkili Termirtay İzbastin turnir təşkilatçıları və iştirakçılarına ünvanlandığı məktublar oxunub.
N.Qurbanova tərəfindən ünvanlanmış məktubda riyaziyyatın həyati gücünün ətraf dünyanın əhəmiyyətli simvollarını əks etdirən rəqəmlər və fəza formaları ilə bağlı olmasından irəli gəlməsi və bu baxımdan riyaziyyatın elm, texnologiya və həyatın bütün sahələrinə daxil olmasının təbii olması qeyd olunur.
Məktubda turnirdə Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrdən olan iştirakçıların müxtəlif təhsil sistemləri, coğrafi məkanlardan kənara çıxaraq riyaziyyat sahəsində öz güclərini yoxlayacağı və bu sahədə öz biliklərini zənginləşdirəcəyi bildirilir. Həmçinin, turnirdə Azərbaycanın müxtəlif yaş qruplarında 14 şagirdlə təmsil olunması və onların öz bilik və potensialını nümayiş etdirəcəyinə əminlik ifadə olunur. Məktubda Azərbaycanda elmin sosial, iqtisadi və mədəni inkişafın əsas mənbəyi olması, ötən illərdə Azərbaycanın riyaziyyatın tətbiq olunduğu sahələrdə çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi vurğulanır və 2015-ci ildə ölkədə 47-ci Beynəlxalq Kimya Olimpiadası və Dünya Şahmat Kubokunun, ötən il isə Dünya Şahmat Olimpiadasının keçirilməsi diqqətə çatdırılır. Müraciətdə dünyaca məşhur bir çox alimlərin, o cümlədən Lütfi-Zadə, Lev Landaunun Azərbaycanda doğulması barədə məlumat verilir.
Turnirin ən uğurlu 15 iştirakçısı arasında Azərbaycandan Banu Rəsulzadə “Turnirin riyazi ulduzu” tituluna layiq görülüb. Turnirin inkişafına etdikləri töhfəyə görə 27 müəllimə planşet hədiyyə edilib. Azərbaycandan Şəhla Əliyeva da həmin müəllimlər sırasındadır.
Bakı Elitar Gimnaziyanın şagirdləri Rəsulzadə Banu (qızıl), Əliyev Daniyar (gümüş), Şərif Elmir (gümüş), Soltan Aylin (gümüş), İsmayıl Oğuz (gümüş), Əlizadə Fikriyə (gümüş və bürünc), Əliyev Kərim (bürünc), Cəfərzadə Züleyxa (bürünc) və Avropa Litseyinin şagirdi İsayev Oğuz (qızıl) medalçılar sırasında yer alıblar.
Təhsil-press.az