Leyla və Arzu Əliyevalar solo konsertdə

Leyla və Arzu Əliyevalar solo konsertdə Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Luka Safronov “Baku” jurnalının 10 illiyinə həsr olunmuş solo konsert proqramı ilə çıxış edib.
Konsert “Baku” jurnalı, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva konsertdə olub.
Gecədə tanınmış pianoçunun ifasında dünya şöhrətli bəstəkarlar L.Bethoven, F.Şopen, S.Raxmaninov və P.Çaykovskinin əsərləri səsləndirilib.
1990-cı il oktyabrın 31-də Moskvada anadan olan Luka Safronov nəinki Rusiyada, onun hüdudlarından kənarda da gənc pianoçu kimi sevilir. Safronov pianoda çalmağa 5 yaşından başlayıb. Altı yaşından isə artıq beynəlxalq müsabiqənin kiçik yaş qrupunda çıxış edib. Pianoçu Böyük Britaniya, İtaliya, Bolqarıstan, İsveçrə və digər ölkələrdə keçirilən 16 beynəlxalq müsabiqənin laureatıdır. O, indiyədək bir neçə xeyriyyə konsertlərində, ümumilikdə isə mindən çox konsertdə iştirak edib. Dünya şöhrətli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviç Moskvada L.Safronovun ifasını dinlədikdən sonra onun gələcəkdə böyük musiqiçi olacağını söyləyib.
Gənc pianoçu Luka Safronov deyib: “Mən xeyriyyəçiliklə məşğul oluram. Düşünürəm ki, Tanrı mənə bu xeyriyyəçiliyimə görə Leyla Əliyeva kimi bir insanla tanış olmağı nəsib etdi. Biz onunla xərçəngdən əziyyət çəkən uşaqlar üçün təşkil edilən bir tədbirdə tanış olduq. Azərbaycandan çox zəngin təəssüratlar aldım. Ölkəniz elə bir yerdir ki, burada yaşamaq üçün qalmaq istəyirsən. Burada inkişaf və gözəllik çoxdur. Azərbaycan gözəl, inkişaf edən və zəngin ölkədir”.

Tehsil-press.az




Oxşar xəbərlər