Ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Lider

Ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Lider Azərbaycanın taleyində böyük tarixi missiyasını yerinə yetirmək qüdrətinə malik olan dahi şəxsiyyətlər arasında ulu öndər Heydər Əliyevin müstəsna yeri var. Öz xalqı və Vətəni qarşısında misilsiz xidmətlərinə, tarixi roluna görə Heydər Əliyevi dünya miqyaslı siyasi nəhənglərlə - Mustafa Kamal Atatürk, Franklin Ruzvelt, Şarl de Qoll ilə müqayisə edirlər. Çünki o, Azərbaycan xalqının həqiqi lideri və xilaskarı kimi öz şərəflə yerinə yetirmişdir.
Ulu öndərimizin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişinə həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrindəndir.
Müstəqilliyimizin reallaşması, dövlətçiliyin xilası və demokratik, hüquqi dövlət quruculuğu məsələləri bilavasitə Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Xalqımızın böyük oğlu Heydər Əliyev qarşıya çıxan bütün çətinliklərə sinə gərib, müstəqilliyimizi nəinki qoruyub saxladı və həm də əbədiləşdirdi.
Bu gün artıq Azərbaycan Avropa və Asiyanın qovşağında mühüm beynəlxalq loqistika və tranzit mərkəzinə çevrilib.
1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" nəticəsində Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz ixrac boru kəmərinin reallaşması ölkəmizin dünya bazarında mühüm yer tutmasında, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş olmasında həlledici rol oynadı, Azərbaycanın hərtərəfli inkişafında dövlət müstəqilliyinin möhkəmlənməsinə səbəb oldu.
Ulu öndərimizin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş Milli Konstitusiya Azərbaycan Respublikasında hüquqi, dünyəvi dövlət quruculuğunu bərqərar etdi. İlk dəfə olaraq dövlətimiz insan hüquqlarının qorunmasını öz siyasətinin priroriteti kimi qəbul etdi.

Ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Lider

Ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya həm bugünümüzün, həm də gələcəyimizin əsaslı bazasıdır. Ulu öndərimiz Heydər Əliyev ana dilimizin, əlifbamızın və milli-mənəvi dəyərlərimizin bərpası, inkişafı və müdafiəsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdir. Onun çoxşaxəli fəaliyyəti azərbaycançılıq, türkçülük qayəsi üzərində köklənmişdi. O deyirdi: "Azərbaycana məhəbbət, xalqıma məhəbbət mənim qanımdadır, beynimdədir, varlığımdadır. Heç kəs, heç bir qüvvə bu məhəbbəti məndən ala bilməz".
Heydər Əliyev Azərbaycan xalqının malik olduğu potensialın, qabilliyyətin, ali şüurun, milli təfəkkürün bariz nümunəsidir.
Heydər Əliyev çağdaş dünyanın siyasi tarixində öz izini qoymuş, adını əbədi olaraq tarixə həkk etmiş böyük şəxsiyyətdir.
Qədim yunan filosofları o kəsləri dahi hesab edirdilər ki, onlar heç kəsin görə bilmədiklərini bilsinlər. Heydər Əliyev məhz belə dahilərdən idi. Böyük öndərimizin titanik fəaliyyəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə özünə layiqli yer tutub, ölkəmiz dünyanın inkişaf etmiş dövlətləri ilə bərabərhüquqlu əməkdaşlığa nail olub. Ardıcıl, düşünülmüş xarici siyasi kurs, Azərbaycan dövlətinə demokratik dəyərləri hər şeydən uca tutan, dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, qonşuları ilə dinc şəraitdə yaşamağa üstünlük verən sülhsevər ölkə imicini qazandırdı. Məhz onun gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intelektual, yaradıcı potensiala malik ölkə kimi qəbul olunur.
Heydər Əliyevə xas olan idarəçilik qabiliyyəti heç də təsadüfi olmayan Tanrı payı idi. Lakin bu fitri qabiliyyətin Azərbaycan dövlətinin hüquqi əsasında öz harmonik əksini tapması məhz onun şəxsiyyəti sayəsində mükün olmuşdur.
Ölkəmiz üçün inkişaf modelini, yaxın və uzaq prespektiv üçün onun siyasi və iqtisadi gələcəyini məhz bu qeyri-adi insan müəyyən etmişdir.
U.Çörçil öz həyat yoluna yekun vuraraq yazırdı: "Gərək sən öz ölkən naminə yaşadı və yaratdı.
Hər bir dövlət tarixi unikaldır. Azərbaycan dövlətçiliyinin unikallığı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev bizim hamımızın nəzərində Vətəni fədakarcasına sevmək nümunəsi olmuş, onun birləşdirici azərbaycançılıq ideyası Azərbaycan vətəndaşları üçün, bizim hər birimiz üçün katerqoriyaya çevrilmişdir. Buna görə xalqı Heydər Əliyevin həyata keçirdiyi siyasi missiyanı bütünlüklə dərk edir, anlayır ki, bu insan olmasayd, respublika sadəcə məhv olardı.

Ofeliya Muradova
"Evrika" tam orta təhsil liseyinin
direktoru


Ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Lider
Ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli LiderÖmrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli LiderÖmrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli LiderÖmrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Lider

Oxşar xəbərlər