Təhsil-press.az xarici mediaya istinadən xəbər verir: Ərəbistan tarixində ilk dəfə qadın müğənni səhnəyə çıxıb. Livanlı qadın müğənni Hibə Təvəci Riyazda Fəhəd Mədəniyyət Salonunda konsert verib. Müğənni səhnəyə hicabsız çıxıb. Radikallığı ilə dünyada seçilən bir ölkədə belə bir konsert birmənalı qarşılanmır. Konsertə təkcə qadınlar buraxılsa da vəhabi müftilər bu tədbiri ölkədə ciddi böhranın başlanğıcı kimi dəyərləndirib.
Başqa bir konsert məşhur yunan pianoçusu Yanni Xrisomallis tərəfindən Riyazda Nuri-Binti-Abdurrəhman Universitetində təşkil olunub. Konsertdə qadın müğənnilər Yannini müşayiət edib.
Bütün bunları islahat adlandırmaq olarmı? Yəməndə dinc insanların başına mərmi ələyən bir rejimdən hansı müsbət addım gözləmək olar! Ekspertlər düşünür ki, Məhəmməd ibn Salman bir sahədə radikallığını başqa bir sahədə liberallıqla ört-basdır etməyə çalışır. Amma bu siyasət heç bir ölkədə uğur qazanmayıb.
Təhsil-press.az