Alimlər tələffüz edilən sözləri jest dilinə çevirən mexaniki əl yaradıblar. İdeya müəllifi Ervin Smit bildirib ki, yeni qurğu eşitmə məhdudiyyətli insanların həyatını dəyişdirəcək və onların şəxsi tərcüməçisi olacaq.
Qurğu insan nitqini qəbul edir, onu mətnə çevirərək bütün dillər üçün yenilənmələrin mövcudluğunu yoxlayır. Bundan sonra robot söylənmiş cümlələri jest dili ilə ifadə edə bilir.
Alimlər mexaniki əlin 3D-printer vasitəsilə yaradıla biləcəyini və bu zaman onun qiymətinin 400 funtu ötməyəcəyini qeyd ediblər. Onların fikrincə, sözləri jest dilinə çevirən mexaniki əl hazırda dünyada eşitmə məhdudiyyətli insanlar arasındakı baryerin aradan qaldırılmasına kömək edə bilər. Ucuz və etibarlı qurğunu müxtəlif dillərdə proqramlaşdırmaq mümkündür.
İstehsalçılar bildiriblər ki, əvvəlcə onlar ələ simvolları göstərməyi öyrətməyə çalışıblar, yalnız bundan sonra jest dili ilə bağlı ideya meydana çıxıb. Bunun üçün onlar qurğuya 16 oynaq tətbiq ediblər. E.Smit və onun tələbələri mexaniki əlin 70 milyondan çox eşitmə məhdudiyyətli insana kömək edəcəyinə inanırlar.
Tehsil-press.az