Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları kitabxanada təşkil edilmiş "yay məktəbi"nin fəal üzvlərinin iştirakı ilə 40 saylı xüsusi təyinatlı nitqi qüsurlu “Lisan” Körpələr evi-uşaq bağçasında səhərcik təşkil ediblər. Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Leyla Mahmudova balaca fidanları nağıl qəhrəmanları ilə tanış edib. Nağıl qəhrəmanlarından “Buratino”, “Maşa” və yay məktəbinin fəal üzvləri özlərini təqdim edərək təmsil etdikləri nağıllardan parçalar nəql edib, şeirlər söyləyiblər. “Yay məktəbinin” fəal üzvü Aytac Vəlizadənin ifasında pianoda Qara Qarayevin “Altı uşaq pyesi”i, Mircəfər Zəkizadə, Məryəm Əsədzadə və Aytac Vəlizadənin ifasında “O olmasın, bu olsun” operettasından parça balacalar tərəfindən maraqla qarşılanıb. Kitabxananın əməkdaşı Leyla Mahmudovanın ifasında “Qoğal” rus nağılı və V.Suteyevin “Kim “myau” dedi” nağılı əsasında hazırladığı kukla tamaşası nümayiş etdirilib. Nağıl qəhrəmanları ilə dostlaşmış fidanlar rəqs edib, şeir söyləyib, tapmacaları cavablandırıblar.
Sumqayıt şəhər Dənizkənarı Bulvarda əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Qubadlı rayon Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evi birgə konsert təşkil edib. Tədbirdə Mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin ifasında rəngarəng rəqslər, musiqilər, səhnəciklər təqdim olunmuş və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti