DGKA-nın tələbəsi: “Gömrük orqanlarında xidmət etmək şərəfdir

DGKA-nın tələbəsi: “Gömrük orqanlarında xidmət etmək şərəfdir Əliyeva Vəfa Nazim qızı 2001-ci ildə Beyləqan rayonunun Yuxarı Aran kəndində anadan olub. Öncə Yuxarı Aran kənd məktəbində təhsil alan Vəfa Əliyeva sonradan Beyləqan şəhər akademik Mehdi Mehdizadə adına 3 saylı orta məktəbdə oxuyub. O, bu il ali məktəblərə qəbul imtahanlarında 633 bal toplayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasına (DGKA) “İqtisadiyyat” ixtisası üzrə qəbul olub. Qrup lideri olan Vəfa Əliyeva ilə söhbətləşdik.
- Vəfa, siz ixtisasınız üzrə qrupda ən yüksək bal toplamısınız. Özünüzü qrupun lideri hesab edirsinizmi? Tələbə yoldaşlarınız da sizi belə qəbul edirlər?
- Sözün düzü, digər tələbə dostlarım da savad və bilikləri ilə heç də geri qalmırlar. Bizim qrupda cəmi 22 tələbə var, 6 qız, 16 nəfəri isə oğlandır. Qrup yoldaşlarımın hər biri çox savadlı, biliklidirlər. Sadəcə olaraq, ən yüksək bal topladığıma görə, tələbə yoldaşlarım mənim sinif nümayəndəsi seçilməyimə yekdilliklə razılıq verdilər.
- Orta məktəb illərində hansı fənnə daha çox marağınız vardı? Hansısa uğurlarınız olubmu?
- Orta məktəbdə “Coğrafitya” fənnini daha çox sevirdim. Bu fənn üzrə rayonumuzda olimpiadalarda da iştirak etmişəm. Bilik yarişlarında müxtəlif sertifikatlar almışam. Ümumi fənlər üzrə məktəbimizdə mütəmadi keçirilən “Bilik kuboku”nda həmişə iştirak etmişəm.
- Niyə məhz Dövlət Gömrük Komitəsinin Akademiyasını seçmisiniz?
- Mən hələ uşaqlıqdan həmişə rütbə daşıyan peşə sahiblərinə böyük maraq göstərirdim. Gömrük işi məni hər zaman cəlb edirdi. Ali məktəblərə qəbul imtahanlarında II qrupu da məhz buna görə seçdim. Gömrük orqanlarında xidmət etmək şərəfdir.
- Çox zaman bu peşəni daha çox kişilərə aid olan iş kimi qəbul edirlər. Siz necə düşünürsünüz?
- Mən peşəni kişi və ya qadın işinə bölmürəm. Əgər öz işində bacarıqlı olursansa, yaxşı mütəxəssis kimi yetişərək tapşırılan işi layiqincə yerinə yetirirsənsə, bunun heç bir fərqi yoxdur. Dünyada, o cümlədən bizim ölkəmizdə kifayət ədər uğurlu və öz sahəsi üzrə irəli gedən qadınlar vardır.
- Gələcəkdə özünüzü gömrük işçisi kimi necə təsəvvür edirsiniz?
- Məncə, işimin öhdəsindən layiqincə gələrəm. Öz üzərimdə daim çalışıb gələcəkdə də biliklərimi artıracağam. Yaxşı mütəxəssis olmağa çalışacam.
- Orta məktəbi təzə bitirmisiniz. Uşaqlıqdan hansısa maraq dairəniz olubmu?
- Musiqi dinləməyi çox sevirəm. Bədii əsərlər, xüsusən nəsr əsərlərini oxumağı sevirəm. Klassik ədəbiyyat və detektiv janrına üstünlük verirəm.
- Gömrük işində həm də nizam-intizam və fiziki hazırlıq vacib şərtlərdir? Bunlar sizi qorxutmur ki?
- Bu ixtisası seçərkən bu məsələləri nəzərə almışam. Nizam-intizama hər zaman riayət edirəm. Fiziki hazırlığa gəlincə, uşaqlıqdan evdə atam hər zaman səhərlər idman etməyi öyrədib. Orta məktəbdə idman dərslərində qaçış üzrə həmişə birinci olmuşam
- Sizə təhsilinizdə uğurlar arzulayırıq.

DGKA-nın tələbəsi: “Gömrük orqanlarında xidmət etmək şərəfdirDGKA-nın tələbəsi: “Gömrük orqanlarında xidmət etmək şərəfdirDGKA-nın tələbəsi: “Gömrük orqanlarında xidmət etmək şərəfdir

Tehsil-press.az

Oxşar xəbərlər