Süleyman Rüstəmin yaradıcılığına həsr olunan konsert keçirilib

Süleyman Rüstəmin yaradıcılığına həsr olunan konsert keçirilib Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert Azərbaycan şairi, dramaturq, ictimai xadim Süleyman Rüstəmin yaradıcılığına həsr olunub.
Tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Konsertdə xalq artistləri Aygün Bayramova “Qurban adına”, Gülyanaq Məmmədova “Laylay ”, Əməkdar artistlər Ehtiram Hüseynov “Sevgilim”, Rəşad İlyasov “Nazlı yarım”, Bəyimxanım Vəliyeva “Azərbaycana gəlsin”, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Elgiz Əliyev “Sədaqətim var”, Sədəf Budaqova “Axtararsınız”, Rəvanə Əmiraslanlı “Sənsən yoxsa mən” və müğənni Aytən Məhərrəmova “Yandım elə yandım” mahnılarını ifa ediblər.
Konsertin son nömrəsi olan “Bəs nə deyim” Bəyimxanım Vəliyeva və Rəvanə Əmiraslanlının ifasında səslənib.
İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.
Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov olub. Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetib.

Tehsil-press.az



Oxşar xəbərlər