Latviyada 2019/2020-ci tədris ili üçün təhsil və tədqiqatlar məqsədilə ayrılan dövlət təqaüdlərinə müraciətlərin qəbulu yekunlaşıb.
Budəfəki təhsil ilində ən çox müraciət Azərbaycan vətəndaşlarından daxil olub. Ümumilikdə, Azərbaycandan 44 müraciət qeydə alınıb. Ukrayna və Özbəkistandan bərabər sayda - 42 müraciət daxil olub.
Bu il Latviyanın Təhsilin İnkişafı üzrə Dövlət Agentliyi 33 ölkədən 332 müraciət qəbul edib. 243 nəfər bakalavr təhsili, 89 nəfər isə elmi tədqiqatlar üçün təqaüdə iddia edir.
Xatırladaq ki, Latviyanın bakalavr və magistr təhsili üçün ayırdığı təqaüd hər tələbə üçün ayda 500 avrodur. Doktorantlar üçün bu rəqəm 670 avro təşkil edir. Bu təqaüd proqramlarına Latviya ilə müvafiq dövlətlərarası razılaşmaya malik ölkələrin vətəndaşları müraciət edə bilərlər. Hazırda belə ölkələrin sayı 40-dır.
Aygün Əliyeva