“Çox həyəcanlandım. Gözlənilməz oldu”.
Bu sözləri bir müddət əvvəl prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Xalq yazıçısı" fəxri adına layiq görülən professor, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla deyib.
Xalq yazıçısı təəssüratlarını “Sputnik Azərbaycan”la bölüşüb.
“Mən cənab prezidentə təşəkkürümü bildirirəm. Bu o deməkdir ki, cənab prezident hər bir vətəndaşının ürəyində olan hisslərdən xəbərdardır. O hisslərin səmimiliyindən, insanın çalışma, işləmə arzusundan, çalışmalarını həyata keçirmə qabiliyyətindən xəbərdardır. Mən dövlət müşaviri işlədiyim zaman dövlət başçımızın tövsiyyələrindən çox şey öyrənmişəm. Və bu gün də onun tövsiyyələrini həyata keçirməklə məşğulam. Dillər Universitetində, başqa qurumlarda Azərbaycan multikulturalizminin təbliği işi ilə məşğulam. Mənə elə gəlir ki, bu ad mənə çox səxavətlə verilmiş şərəfli bir addır. Çalışacağam ki, bunu bütün məsuliyyətimlə daşıya bilim.
Qeyd edim ki, ölkə başçısının fəaliyyəti, qurumları, şəxsləri təltif etməsi, diqqət yetirməsi ürək oxşayan haldır. Ölkə başçısı Azərbaycan üçün fədakarcasına çəkdiyi zəhmətin müqabilində mənim və mənim yoldaşlarımın yaradıcılığına diqqət yetiribsə, buna görə ancaq təşəkkür və minnətdarlıq hisslərimi bildirə bilərəm. Çox həyəcanlandım. Gözlənilməz oldu.
Azərbaycan ədəbiyyatının inkişafı naminə görülən işlərdə mənim də kiçik bir xidmətim varsa, mən özümü xoşbəxt sayıram. Çox xoşbəxtəm ki, mənim bu xidmətimi cənab prezident də dəyərləndirdi”, - deyə Kamal Abdulla bildirib.
Tehsil-press.az