Aprel Şəhidləri Nurəddin Mirzəyevin qardaşı və Rəşid Baxşəliyevin bacısı ailə qurdu (VİDEO + FOTO, ŞEİR)

Aprel Şəhidləri Nurəddin Mirzəyevin qardaşı və Rəşid Baxşəliyevin bacısı ailə qurdu (VİDEO + FOTO, ŞEİR) Avqustun 15-də Masallı rayonundakı şadlıq saraylarından birində Aprel Şəhidi Nurəddin Mirzəyevin qardaşı Nəcməddin bəy və digər Aprel Şəhidi Rəşid Baxşəliyevin bacısı Gülzar xanımın möhtəşəm toy məclisi baş tutub.
Qeyri-adi toy bəy və gəlin masasını Şəhidlərimizin uğrunda can verdikləri Azərbaycan Bayrağı və hər iki Şəhidin rəsmləri bəzəyib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməsi ilə açıq elan olunan mərasimdə Şəhid Nurəddin Mirzəyevin xidmət etdiyi N saylı hərbi hissənin zabitləri, Şəhidin döyüş yoldaşları, Yardımlı rayon İcra Hakimiyyətinin (RİH), rayon Gənclər və idman idarəsi (Gİİ) və Səfərbərlik və Hərbi xidmətə çağırıış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon bölməsinin nümayəndələri iştirak ediblər.
Hərbi qulluqçular çıxış edərək N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Firudin Əzizovun qurulan bu müqəddəs ailəyə təbrik məktubunu oxuyub, bəy və gəlinə qiymətli hədiyyələr təqdim ediblər.
Yardımlı RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbsinin müdiri Zakir İmanov rayon rəhbərliyi olaraq bu şad günə şərik olmağın böyük bir şərəf olduğunu, Şəhidlərimizin daim xalqın və ölkə rəhbərliyinin diqqətində olduğunu vurğulayıb.
Daha bir maraqlı və ibrətamiz məqam ondan ibarətdir ki gənclərin tanışlığı da qəribə bir uyğunluqla baş verib. Belə ki, onlar məhz digər bir Aprel Şəhidi olan Nurlan Əsgərlinin qardaşının toy məclisində tanış olublar. Yəni yeni qurulan bu Azərbaycan Ailəsinin təməli sırf Şəhidlərlə bağlıdır.
Hər kəsə örnək olan gənclərimizin Vətənə və Şəhidlərimizə layiq bir ailə olacaqlarına inamımızı ifadə edirik. Bəylə gəlini ADPU-un tələbəsi Taleh HunObaNurlunun onların izdivacına həsr etdiyi "Şəhidlərin qurduğu ailə" şeirilə təbrik edirik:
"Xatırladaq ki, iyulun 13-də Bakıdakı şadlıq saraylarından birində cütlüyün qız toyu keçirilmişdi."

ALLAH'ın adını gətirim dilə,
Bu gün günəş doğmuş, obaya-elə.
Nitqim tutulmayıb, İlahi, belə...
Hikmətinə qurban, ey nizam quran.
ŞƏHİD oğulların yurdun dayağı,
Şəhidlik bir xalqın namus sınağı,
Yayıldı Cahana səsi-sorağı,
Bizlərik keşikdə, şux, qiyam duran.
Biz qurban verəndə alnı xınalı,
Canlandı Vətənin azad xəyalı,
Qəbul edib Vətən bu saf amalı,
İki köz üstündə od çatdı yanan.
Nurəddin səslədi, Rəşid hay verdi,
İlahi bir aldı, iki pay verdi,
Borandan keçirdi, bahar-yay verdi,
Sənsən ayrıları cüt qovuşduran.
Nəcməddin, bu toyda iki qonaq var,
Gülzar bacı, hər əməldə sınaq var,
Nurəddin, Rəşiddən burda soraq var,
Mübarək söyləyir bu ana cahan.
O cəsur qardaşa layiq qardaş ol,
Gülzar, yoldaşına hər vaxt sirdaş ol,
Vətənçün coşğun çay, qaya ol, daş ol.
Vətənə dayaqdır ailə - insan.
İki övladınız gəlsin dünyaya
Biri Nurəddintək dəniz baxışlı..
Xoşbəxtlik saçaraq gülsün dünyaya,
Biri qara gözdə Rəşid naxışlı...

15.08.2019 - 19:24 - Yardımlı, HunOba
Toydan qısa görüntülərə aşağıdakı videoda baxa bilərsiniz:
https://youtu.be/PJKeIsWF7N8

Taleh MİRZƏYEV


Aprel Şəhidləri Nurəddin Mirzəyevin qardaşı və Rəşid Baxşəliyevin bacısı ailə qurdu (VİDEO + FOTO, ŞEİR)Aprel Şəhidləri Nurəddin Mirzəyevin qardaşı və Rəşid Baxşəliyevin bacısı ailə qurdu (VİDEO + FOTO, ŞEİR)Aprel Şəhidləri Nurəddin Mirzəyevin qardaşı və Rəşid Baxşəliyevin bacısı ailə qurdu (VİDEO + FOTO, ŞEİR)Aprel Şəhidləri Nurəddin Mirzəyevin qardaşı və Rəşid Baxşəliyevin bacısı ailə qurdu (VİDEO + FOTO, ŞEİR)Aprel Şəhidləri Nurəddin Mirzəyevin qardaşı və Rəşid Baxşəliyevin bacısı ailə qurdu (VİDEO + FOTO, ŞEİR)

Oxşar xəbərlər