Elmar Məmmədyarov İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb

Elmar Məmmədyarov İƏT Gənclər Forumunun prezidenti ilə görüşüb Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan ilə görüşüb.
Forumun qarşıdan gələn tədbirləri haqqında məlumat verən Taha Ayhan, təmsil etdiyi təşkilatın Azərbaycanla mövcud olan sıx əlaqə və təmaslarının bundan sonra da davam etdiriləcəyini nazir Elmar Məmmədyarovun diqqətinə çatdırıb.
Nazir Elmar Məmmədyarov İƏT Gənclər Forumunun fəaliyyətindən məmnunluğunu qeyd edərək, təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə tərəflər Azərbaycan ilə İƏT Gənclər Forumu arasında əməkdaşlığın genişləndirilməsinin yollarını, eləcə də Forumun beynəlxalq təşkilatlarla əməkdaşlığı məsələlərini müzakirə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər