Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı görkəmli alim Fərman Salmanovun xatirəsinə həsr edilmiş “Neftin yolu” adlı mediaekspedisiya çərçivəsində universitetdə olan Rusiya Federasiyası Xantı-Mansi Muxtar Dairəsinin nümayəndə heyəti ilə görüşüb.
Xantı-Mansi Muxtar Dairəsinin Duma sədrinin müavini Aleksandr Salnikov və Yuqra Dövlət Universitetinin rektoru Tatyana Karminskayanın iştirak etdikləri görüşdə professor Mustafa Babanlı ADNSU-da görkəmli geoloq Fərman Salmanovun adına Elm və Tədris Mərkəzinin açılmasının böyük əhəmiyyət daşıdığını bildirib.
M.Babanlı Fərman Salmanovun barelyefini universitetə hədiyyə etdikləri üçün nümayəndə heyətinə təşəkkürünü bildirib və görkəmli azərbaycanlı geoloqun xatirəsinin daim əziz tutulduğunu qeyd edib.
Yuqra Dövlət Universitetinin rektoru Tatyana Karminskaya ADNSU-da Fərman Salmanov adına Elm və Tədris Mərkəzinin təşkil olunmasını yüksək qiymətləndirib.
Görüşdə ADNSU ilə Yuqra Dövlət Universiteti arasında əməkdaşlığın genişləndirilməsi və yeni layihələr həyata keçirilməsinə dair müzakirələr aparılıb.

ADNSU-nun Mətbuat Xidməti