Rusiyada 874 hərbçi koronavirusa yoluxub

Rusiyada 874 hərbçi koronavirusa yoluxub Mart ayından 26 aprelə qədər aparılan mütəmadi testlər nəticəsində Rusiya ordusunun 874 hərbçisində koronavirusa yoluxma faktı aşkarlanıb.
Bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama yayıb.
Dörd əsgərin vəziyyətinin ağır olduğu, onlardan birinin süni tənəffüs aparatına qoşulduğu bildirilib. Orta ağır vəziyyətində 15 əsgərin olduğu, qalanlarında isə xəstəliyin klinik simptonlarının müşahidə olunmadığı qeyd olunub.
Bildirilib ki, nazirliyin xəstəxanalarında 314 pasiyent, növbətçi məntəqədəki nəzarət mərkəzlərində 175 nəfər, vətəndaş sağlamlığı sisteminin tibb müəssisələrində 6 nəfər, evdə isə 379 nəfər təcrid olunub.
Rusiya Müdafiə Nazirliyi hərbi idarənin bütün hərbi hissə və təşkilatlarında şəxsi heyətlə gündəlik profilaktik və diaqnostik tədbirlərin aparıldığını, nəqliyyat vasitələrinin, ofis və yaşayış binalarının dezinfeksiya edilməsinin davam etdirildiyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər