Finlandiya iqtisadiyyatı azalıb

Finlandiya iqtisadiyyatı azalıb Finlandiya dövlət Statistika qurumu, 2020-ci ilin ikinci rübündə Finlandiyada istehsalın əvvəlki rübə nisbətən 4,5 faiz azaldığını bildirib. Qeydə alınan azalma əvvəlcədən proqnoz olunan 3,2 faizdən yüksək olub.
İqtisadiyyatın nəzərə çarpan şəkildə azalmasına baxmayaraq, Avropa Statistik Qurumu Eurostatın ilkin hesablamalarına görə, COVID-19 pandemiyasının səbəb olduğu böhrana baxmayaraq, ikinci rübdə Finlandiyanın ümumi daxili məhsulunda azalma əksər avrozona iqtisadiyyatları arasında ən kiçik olub.

Tehsil-press.az

Oxşar xəbərlər