Erməni milyonçu Paşinyanı özünü güllələməyə çağırdı

Erməni milyonçu Paşinyanı özünü güllələməyə çağırdı Erməni əsilli rusiyalı sahibkar Aşot Xaçatryan Ermənistan Baş naziri Nikol Paşinyanı istefa verməyə və özünü güllələməyə çağırıb.
“Noyabrın 9-da baş verənlər, sizin işlərin həqiqi vəziyyətini və öz mövqeyinizi gizlətməyiniz, xalqa məlumat verməməyiniz istisnasız olaraq bütün Ermənistan vətəndaşlarına xəyanətdir. Siz erməni xalqına biabırçılıq gətirdiniz, hansını ki, tarix və insanlar heç vaxt unutmayaq”, - məktubda deyilir.
Xaçatryan əlavə edib ki, Paşinyan Ali Baş Komandan kimi Ermənistanın müdafiə qabiliyyətini gücləndirmək üçün heç bir iş görməyib, yalnız layiqli hərbi komandirləri qətlə yetirib, Ermənistan ordusunun komanda heyətini başsız qoyub.
“Belə qurbanlar verdiyiniz zaman istefa vermək əvəzinə, mən cəsarət toplayıb özümü güllələyərdim, bununla da heç nəyə görə itki verən ata və analardan, arvad və bacılardan üzr istəyərdim. Postunuzu xalqın seçəcəyi yeni liderin etibarlı əllərinə verib tərk edin”, - məktubda deyilir.

Tehsil-press.az

Oxşar xəbərlər