BDU-da onlayn tədbir: Birləşmiş Millətlər Təşkilatının yaranması, prinsipləri, iş mexanizmi

BDU-da onlayn tədbir: Birləşmiş Millətlər Təşkilatının yaranması, prinsipləri, iş mexanizmi Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində Tələbə Gənclər Təşkilatı tərəfindən “Birləşmiş Millətlər Təşkilatı: yaranması, prinsipləri, iş mexanizmi” adlı onlayn elmi-praktiki tədbir keçirilib.
Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova BMT-nin yaranma tarixi haqqında məlumat verib. Azərbaycan-BMT münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsindən, ölkəmizin dünyanın ən mötəbər beynəlxalq qurumunun ali kürsüsündən xalqımızın haqq səsini ucadan səsləndirməyə nail olduğunu vurğulayıb.
Hüquq klinikasının rəhbəri, hüquq üzrə elmlər doktoru Turqay Hüseynov BMT-nin fəaliyyət prinsipləri, əsas qurumları haqqında iştirakçılara məlumat verib, Azərbaycanın BMT-nin əsas orqanları, ixtisaslaşmış və digər qurumları ilə yaxından əməkdaşlıq etdiyini, BMT-nin seçkili orqanlarında iştirak etməklə Azərbaycanın təşkilatın Nizamnaməsində göstərilən müddəaların yerinə yetirilməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Sonra fakültənin tələbələri Vahid Alıyev “BMT-nin sələfi - Millətlər Cəmiyyəti və onun uğursuzluğu”, Tural Həsənov “BMT-nin yaradılması səbəbləri”, Səyad Ələkbərov “BMT-nin iş mexanizmi və prinsipləri”, Siyavuş Bağırov “BMT soyuq müharibə dövründə və hazırda tarazlaşdırıcı qurum kimi”, Rüstəm Əzimzadə “BMT-nin nəzdində ixtisaslaşmış təşkilatlar” və Ləman Alməmmədova “BMT və Azərbaycan əlaqələri” mövzularında çıxış ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər