II Qaregin Azərbaycana gəlir

II Qaregin Azərbaycana gəlir Bütün ermənilərin katolikosu II Qaregin Zəngəzura (Sünik) və Azərbaycanın Qarabağ bölgəsinə gələcək.
Bunu Eçmiədzin kilsəsinin dəftərxana rəhbəri Ter Vaqram Məlikyan deyib.
II Qareginin səfərinin gələn həftənin sonunda baş tutacağı bildirilib.
“Zəngəzur və Qarabağda müxtəlif tədbirlər planlaşdırılıb”, - Məlikyan qeyd edib.
Onun sözlərinə görə, katolikos Qarabağda erməni ziyarətgahlarına və Azərbaycanın rus sülhməramlılarının nəzarəti altında olan rayonlarına baş çəkəcək.

Tehsil-press.az


Oxşar xəbərlər