AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Prezident İlham Əliyev: qlobal düşüncəyə əsaslanan müstəqil siyasət” mövzusunda elmi konfrans keçirilib.
Tədbiri Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva açaraq Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, beynəlxalq əlaqələrin yüksək səviyyədə qurulmasının, şanlı Zəfərin əldə edilməsinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində mümkün olduğunu söyləyib. G.Baxşəliyeva qeyd edib ki, bu tarixi Qələbənin əldə edilməsində ölkə rəhbərinin uğurla həyata keçirdiyi xarici siyasətin mühüm rolu var. Dövlət başçımızın məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdı, ölkəmiz söz sahibi olan qüdrətli dövlətə çevrildi. Bu mövqeyə çatmaqda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir.
İnstitut direktoru son dövrlərdə ölkə rəhbərinin apardığı islahatlardan söz açıb. O, yeni idarəçilik sisteminin tətbiqi ilə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinin, ölkədə idarəetmənin çevikliyinin təmin edilməsinin mümkün olduğunu, aparılan struktur islahatların idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə xidmət etdiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatların respublikamıza dünyanın ən islahatçı ölkəsi imici qazandırdığını deyib.
İnstitutun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev “Qlobal düşüncəli lider” mövzusunda məruzəsində müasir dövrdə dövlətlərin təcrid olunmuş şəkildə idarəsinin mümkünsüz olduğunu, dövlət başçısı İlham Əliyevin bütün dünyada gedən prosesləri nəzərə alaraq ölkənin inkişafını təmin etdiyini söyləyib.
Cənubi Azərbaycan şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə “Müstəqil Azərbaycanın diplomatiyası və Şərq ölkələri ilə münasibətlər” mövzusunda məruzəsində Azərbaycanın müstəqillik dövründə xarici siyasətini 3 mərhələdə təhlil edilərək tarixi Qələbəyə aparan yolu nəzərdən keçirib. Bildirib ki, qeyd edilən mərhələlərdən birincisi müstəqilliyin ilk illərində Azərbaycanın dünya dövlətləri və əsas beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması dövrü, ikincisi 1993-2003-cü illərdə müstəqil xarici siyasətin baza prinsiplərinin formalaşdırılması və beynəlxalq əlaqələrin daha da genişlənməsi dövrü, üçüncüsü olan hazırkı mərhələ isə Azərbaycanı Cənubi Qafqazda lider dövlətə və beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevirən xarici siyasət kursunun yüksəlişi dövrüdür. S.Bayramzadə Azərbaycanın xarici siyasətində Şərq istiqamətinin ölkəmizin diplomatik nailiyyətlərinin artmasında mühüm rola və yerə malik olduğunu bildirib.
Şərq-Qərb şöbəsinin müdiri ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı Prezident İlham Əliyev və müasir çağırışlar baxımından azərbaycançılıq ideologiyasının inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. O, müasir azərbaycançılıq ideologiyasının inkişafında, onun Azərbaycan xalqının və dövlətçiliyinin vahid ideologiyası kimi yaşamasında və təbliğ edilməsində Prezident İlham Əliyevin müstəsna rolu olduğunu qeyd edib, bu ideya ilə özümüzü dünyaya tanıtdığımızı, onu mütərəqqi dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ etdiyimizi bildirib.
Konfransda, həmçinin institut əməkdaşlarından Zenfira Şıxəlibəylinin “Müstəqil Azərbaycan və müasir beynəlxalq münasibətlər (Çin Xalq Respublikasının timsalında)”, Namiq Məmmədovun “Prezident İlham Əliyev və Azərbaycanın iqtisadi inkişafı”, Ceyhun Ağayevin “Dövlətçilik ənənəsinin formalaşması və milli-mənəvi dəyərlərimizin inkişafında Prezident İlham Əliyevin rolu” və s. məruzələr dinlənilib.
Məruzələr ətrafında müzakirələr aparılıb. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru Eynulla Mədətli məruzələri yüksək qiymətləndirib.
Tehsil-press.az