ADNSU-da təkrar ali təhsil almaq üçün müraciət etmiş iddiaçılarla görüş keçirilib

ADNSU-da təkrar ali təhsil almaq üçün müraciət etmiş iddiaçılarla görüş keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı təkrar ali təhsil almaq üçün müraciət etmiş iddiaçılarla görüşüb.
Prorektor və fakültə dekanlarının da iştirak etdikləri görüşdə rektor M.Babanlı 2022-2023-cü tədris ilində ADNSU-da təkrar ali təhsilin qiyabi şöbəsinə qəbul olunmaq üçün müraciət etmiş iddiaçılara təhsil müəssisəsində tədris prosesi, elmi-tədqiqat işləri, yeni layihələr, əməkdaşlıq və digər məsələlər haqqında məlumat verib.
Rektor tədris prosesində müasir və innovativ texnologiyaların tətbiqi, innovativ tədris mühitinin yaradılması istiqamətində görülən genişmiqyaslı işlər sayəsində bu gün universitetdə təhsilin bütün pillələrinə marağın artdığını qeyd edib. ADNSU-da təkrar ali təhsil almaq üçün 490 nəfər iddiaçının ərizə ilə müraciət etdiyini diqqətə çatdıran M.Babanlı onlardan 474 nəfərin sənədlərinin münasib sayıldığını bildirib.
ADNSU-da təkrar ali təhsil almaq üçün müraciətləri qəbul olunmuş 474 nəfər iddiaçının diplomları yoxlanılmaq üçün Elm və Təhsil Nazirliyinə göndərilib.

Tehsil-press.az


Oxşar xəbərlər