BƏƏ-nin Dubay şəhərində Ermənistan rəsmiləri və sahibkarlarına məxsus dəbdəbəli daşınmaz əmlakları ilə bağlı məlumatlar yayılıb.
Bu barədə yerli hetq.am saytı məlumat yayıb.
Həmin vəzifəli şəxslərdən biri də İrəvanın keçmiş meri Qaqik Beqlaryandır. Beqlaryan Dubaydakı mənzili barədə məlumat verməyib, prokurorluq isə onu müsadirə edilməli olan əmlakın siyahısına daxil etməyib. Hetq.am onun bu mülkü 2008-2018-ci illər arasında əldə etdiyini yazır. Keçmiş məmurun mülkü məşhur süni “Palm Jumeirah” adasının yuxarı hissəsində inşa edilən “Balqis Residence” yaşayış kompleksində yer alıb. Beqlaryanın mənzili yeddinci mərtəbədə yerləşir, sahəsi 243 kv.m, üç yataq otağı və 42 kv.m-lik balkonu var.
Hazırda “Balqis Residence”də üç otaqlı mənzillərin qiymətləri 4,5 milyon ərəb dirhəmindən (1,2 milyon dollar) başlayır.
Qaqik Beqlaryanın kiçik qardaşı Akop Beqlaryan da Dubayda mənzil alıb. A.Beqlaryan 2005-2012-ci illərdə Dövlət Satınalmalar Agentliyinin, daha sonra Satınalmalara Yardım Mərkəzinin rəhbəri olub. Bundan sonra o, 2014-2017-ci illərdə Dövlət Şəhərsalma Komitəsinin sədr müavini olaraq çalışıb. Keçmiş əmlakçı 2017-2019-cu illərdə parlamentin deputatı da olub.
Akop Beqlaryan Dubayda qardaşı kimi “Palm Jumeirah”da mülk alıb. Onun mənzili adada “Fairmont Palm Residence yaşayış kompleksinin “The Residences North” adlanan hissəsində yerləşir. Burada Beqlaryan 8-ci mərtəbədə, sahəsi 160 kv.m-lik mənzilə malikdir. Mənzilin iki yataq otağı və 18 kv.m-lik balkonu var. Dubay kadastrına görə, “Palm Jumeirah”da iki otaqlı mənzilin illik kirayəsi 134-164 min ərəb dirhəmi (36-45 min dollar) civarındadır. Bu məbləğə kommunal ödənişlər daxil deyil. Lakin hazırda mənzil icarəyə verilmir. Hazırda yuxarıda adı çəkilən “Fairmont Palm Residence”də iki otaqlı mənzili 3,3 milyon ərəb dirhəmindən (900 000 dollar) başlayan qiymətlə almaq olar.
Hrant Davtyan Dubayda daşınmaz əmlak alan ermənilərdən biridir. Davtyan 2012-2017 və 2018-2019-cu illərdə Ermənistan parlamentinin deputatı olub.
Hrant Davtyanın mənzilinin yerləşdiyi Dubay Marina ultramüasir yaşayış kompleksi sayılır. Davtyanın mənzili “Al Sahab”ın iki qülləsindən birincisində yerləşir. 2018-ci ildə Davtyan 24 mərtəbəli “Al Sahab 1” qülləsinin 7-ci mərtəbəsində, dostu, “Çoyt” ləqəbli keçmiş deputat Akop Akopyan isə 44 mərtəbəli qüllənin 6-cı mərtəbəsində mənzil alıb. Davtyanın bundan başqa “Trident Grand Residence”də 570 min ABŞ dolları dəyərində başqa mənzili var.
“Trident Grand Residence”də Davtyanın Ermənistanda yaxşı tanınan erməni qonşuları var. Bunlardan biri keçmiş deputat, yerli biznesmen Samvel Aleksanyan və həyat yoldaşı Şoqerina Mkrtçyandır. S.Aleksanyan 2003-2019-cu illərdə parlamentin deputatı olub. Aleksanyan və Mkrtçyanın mənzilinin sahəsi 202 kv.m-dir. Mənzil kirayə verilir. Satışa gəlincə, bu gün “Trident Grand Residence” yaşayış kompleksində 200 kvadratmetrə yaxın üç otaqlı mənzilin qiyməti 4,2 milyon ərəb dirhəmindən (1,1 milyon dollar) başlayır.
Samvel Aleksanyan Ermənistanda bir ara “şəkər tozu kralı” kimi tanınırdı. Ermənistana gətirilən ərzaq məhsullarının monopolistlərindən biri sayılan Aleksanyan keçmiş prezident Serj Sərkisyanla yaxın əlaqələrə malik olub.
Tehsil-press.az