ATMU-nun əməkdaşı İspaniyada Beynəlxalq heyət həftəsində

ATMU-nun əməkdaşı İspaniyada Beynəlxalq heyət həftəsində Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi İranə Axundova “Erasmus+” layihəsi çərçivəsində İspaniya Krallığının Valladolid Universiteti tərəfindən keçirilən VIII Beynəlxalq heyət həftəsində iştirak edib.
18 ölkədən 30 nümayəndənin qatıldığı tədbirdə Valladolid Universitetinin Beynəlxalq əlaqələr departamentinin direktoru Mar Fernandez Sainzin təqdimatında beynəlmilləşdirilmənin qurulması və inkişaf etdirilməsi mövzusundan bəhs olunub. “2022-2026-ci illər beynəlmilləşdirilmə strategiyası”nda beynəlxalq əməkdaşlığın əsas prinsipləri və davamlılığı istiqamətini şərtləndirən praktiki və interaktiv təlim isə “Erasmus+” proqramının koordinatoru Miguel Angel Nuevo Perez tərəfindən aparılıb.
Beynəlxalq heyət həftəsində mədəniyyətlərarası dialoqların qurulması, universitetlərin akademik göstəricilərinin yaxşılaşdırıması, beynəlmiləlləşmə siyasəti və rəqəmsallaşdırma məsələləri isə gündəmin əsas mövzusu sayılıb. Mövcud təklif, şans və çətinliklər ətrafında aparılan ciddi fikir mübadiləsi faydalı olub.
Səfər çərçivəsində Valladolid Universitetinin Segovia şəhərindəki kampusa və bir sıra mədəni-tarixi abidələrə ekskursiyalar təşkil edilib.
Beşgünlük təlimin sonunda ATMU-nun əməkdaşı İranə Axundova sertifikata layiq görülüb.

Tehsil-press.az


Oxşar xəbərlər