Türkiyə təhlükəsizlik qüvvələri axtarışda olan daha bir terrorçunu zərərsizləşdirib

Türkiyə təhlükəsizlik qüvvələri axtarışda olan daha bir terrorçunu zərərsizləşdirib Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Süleymaniyə şəhərində keçirdiyi əməliyyat zamanı PKK terror təşkilatının Kərkükdən məsul üzvü Remzi Avcını zərərsizləşdirib.
"Çiya Amed" kod adlı terrorçu Türkiyə Daxili İşlər Nazirliyinin qırmızı bülletenlə axtarışda olanların siyahısında yer alırdı.
Təhlükəsizlik qüvvələri tərəfindən yayılan məlumata əsasən, 1992-ci ildə PKK-ya qoşulan Remzi Avcı Suriya və İraqda terror fəaliyyətləri həyata keçirib. Onun Diyarbəkirdə terror hücumları təşkil etdiyi, Suriyanın Afrin, İraqın Sincar və Qara bölgələrində terrorçuluqla məşğul olduğu müəyyən edilib.

Tehsil-press.az



Oxşar xəbərlər