Türkiyənin Antalya şəhərində “ANKOSLink 2023” beynəlxalq konfransına start verilib.
Dünyanın bir çox ölkəsindən 500-dən çox kitabxana-informasiya və texnologiya mütəxəssisinin qatıldığı “Cümhuriyyətin 100 illiyində universitet kitabxanalarının yenidən nəzərdən keçirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda UNEC-i Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva təmsil edir.
Konfransda süni intellekt alətlərinin universitet kitabxanalarına təsiri, korporativ akademik nəşrlər, açıq elmi data bazalar, yeni öyrənmə platformaları və modelləri, verilənlər bazasından istifadə, kitabxana konsorsiumlarının fəaliyyəti, informasiyanın davamlılığı, rəqəmsal arxivlərin yaradılması və kitabxanalarda yeni texnoloji həllərin tətbiqi barədə məsələlər müzakirə olunub.
Beynəlxalq konfransda UNEC Kitabxana İnformasiya Mərkəzinin fəaliyyəti barədə geniş təqdimat edilib. Təqdimat zamanı UNEC-in elektron kitabxanası, yerli və beynəlxalq elektron resurslara çıxışı, 4 dildə zəngin kitab fondu və digər yeniliklər barədə iştirakçılara məlumat verilib.
Tədbir çərçivəsində “Sage”, “Springer”, “Elsevier”, “Wiley”, EBSCO, SOBIAD, IEEE “Xplore” kimi nüfuzlu tərəfdaşların elmi məlumat bazalarının və rəqəmsal kitabxanaların nümayəndələri ilə də görüşlər keçirilib.
Konfrans noyabrın 24-dək davam edəcək.
Tehsil-press.az