Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) elmi məsələlər üzrə prorektoru İranə Əliyeva, Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev və universitetin əməkdaşı Şəlalə Zahidova Sankt-Peterburqda “XI Avrasiya İqtisadi Perspektiv” illik beynəlxalq forumda iştirak ediblər.
Forumda İ.Əliyeva və N.Quliyev “Turizm və qonaqpərvərlik sahəsində təhsilin rolu” mövzusunda təqdimatla çıxış ediblər.
Beynəlxalq tədbirə Azərbaycanla yanaşı, Rusiya, Tacikistan, Belarus və Qırğızıstanın ali məktəblərinin nümayəndələri qatılıblar. Forumda Avrasiyanın iqtisadi inkişaf perspektivləri, qonaqpərvərlik sektorunun struktur xüsusiyyətləri, turizm və hotelçilik sektoru üçün mütəxəssis hazırlığı sisteminin formalaşdırılması istiqamətində aparılan araşdırmalar müzakirə olunub.
Forumun yekun iclasında tələbə və müəllim mübadiləsi, müştərək elmi məqalələrin, dərs vəsaitlərinin və monoqrafiyaların işlənib-hazırlanması, o cümlədən Avrasiya assosiasiyası çərçivəsində nəzərdə tutulan elmi layihələrdə iştirak kimi məsələlər qərara alınıb.
Tehsil-press.az